AĞASALEH

Ağa və Salah//Saleh.
AĞASALAH
AĞASAN
OBASTAN VİKİ
Ağasaleh Nuriyev
Ağa Saleh Məmmədhüseyn oğlu Nuriyev (28 mart 1940, Bakı – 23 fevral 2023, Bakı) — Azərbaycan Respublikasının əməkdar rəssamı, respublika və beynəlxalq sərgilərin iştirakçısı. == Həyatı == Nuriyev Ağa Saleh Məmmədhüseyn oğlu 28 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Ağa Saleh Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam 1977-ci ildən respublika və beynəlxalq sərgilərin iştirakçısı olub. Ağa Saleh Nuriyev 2006-cı ildə Azərbaycan Əməkdar rəssamı adına layiq görülmüşdür.Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. O, Azərbaycan Rəssamlar İttifaqında ("Flora və fauna", 1973), Səməd Vurğunun Ev-Muzeyində (1975) vitraj kompozisiyaları, AMEA Əlyazmalar İnstitutunda M. Füzuli və M. Ş. Vazehin vitraj portretləri, Bibiheybət məscidində vitrajların müəllifidir. Dəzgah vitraj nümunələri arasında "Kristal struktur", "Ritmik kompozisiya I", "Bürkü", "Uçuş", "Metamorfoz", "Noktürn", "Müasir ritmlər", "Major kompozisiyası" və s. əl işləri xüsusilə maraq doğurur.