BƏHLİ
BƏHRƏ
OBASTAN VİKİ
Bəhr
Bəhr — əruz vəzninin tərkib hissələrindən biri. Əruz altı ünsürdən (rükndən) ibarətdir və bu ünsürlər də on doqquz bəhrə bölünür. Klassik Azərbaycan poeziyasında əruzun on iki bəhrindən istifadə edilmişdir. Həmin bəhrlər aşağıdakılardır: həcəz, rəməl, rəcəz, müctəs, müzare, mütəqarib, münsərih, xəfif, səri, mütədarik, kamil, müqtəzəb. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Cəzayir-i bəhr-i səfid vilayəti
Cəzayir-i bəhr-i səfid vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1912-ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Rodos idi.
Bəhr-i Bəy (Vərziqan)
Bəhr-i Bəy (fars. بهربيگ‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (22 ailə).
"Bəhram Gur" stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
2011-ci il Bəhreyn iğtişaşları
Bəhreyndə müxalifətin çağırışı ilə "Qəzəb günü" aksiyası planlaşdırılır. Aksiyadan öncə polislə nümayişçilər arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Karzakan şəhərindəki bir şiə kəndində baş verən toqquşmada gözyaşardıcı qaz və plastik güllədən istifadə edib. Olayda yaralananların olduğu bildirilir. Qeyd edək ki, Bəhreyndə çoxluqdakı şiələr iqtidardakı sünni ailəsini onlara qarşı sistemli ayrı-seçkilik etməkdə suçlayırlar. Bəhreyn Kralı Həmad bin İsa Əl Xəlifə gərginliyi azaltmaq üçün hər ailəyə 2650 dollar verəcəyini açıqlayıb, hökumət isə keçən ilki təhlükəsizlik əməliyyatlarında həbs edilən, yaşı 18-dən az olan uşaqların azadlığa buraxılacağını vəd edib. Bəhreyndə kütləvi etiraz aksiyaları davam edir. Müxalifətdəki şiə "İslam Milli Birlik Assosiasiyası" Partiyası ("Vəfaq") ölkə parlamentindəki fəaliyyətini müvəqqəti dondurmaq qərarına gəlib. Vəfaq" bu minvalla paytaxt Manamada polisin dinc nümayişçilərə atəş açmasına və vətəndaşların güllələnərək öldürülməsinə etiraz edir. Partiya 40 yerlik Bəhreyn parlamentində 18 mandata malikdir.
2018 Bəhreyn Qran-prisi
2018 Bəhreyn Qran Prisi—2018-ci ildə keçirilmiş növbəti Bəhreyn Qran Prisi. Bəhreyn və Çin Qran Prilərini cəmi bir həftə ayırdığı üçün komandalar çoxlu yenilik gətiriblər. Sessiyanın əvvəli aerodinamik elementlərin səmərəliliyinin yoxlanılmasına sərf edilib, daha sonra isə təkərlər üzərində işləməyə başlayıblar.Maks Ferstappenin maşınında ikinci dövrədə elektrik sistemində problem yaranıb. Holland sürücü RB14-ü pit-leynə çatdırmaq istəyib, lakin sonra maşını tərk edib və onu əlləriylə itələməyə başlayıb. Marşalların və mexaniklərin köməkliyi ilə maşını boksa gətirən Maks Ferstappen üçün sessiya başa çatıb. Sessiyanın sonunda Roman Qrojan və Lekler pit-leynin girişində bir-birini görmədikləri üçün toqquşmadan son anda qurtulublar. Sessiya ərzində başqa insident olmayıb. Protokollara Daniel Rikiardo başçılıq edib – 1:31.060. Daniel Rikiardo 1:31.060 Valtteri Bottas 1:31.364 Kimi Rəykkönen 1:31.458 Sebastyan Fettel 1:31.470 Lyuis Həmilton 1:32.272 Roman Qrojan 1:32.516 Pyer Qasli 1:32.779 Karlos Sayns 1:32.885 Kevin Maqnussen 1:32.971 Niko Hülkenberq 1:33.104 Fernando Alonso 1:33.223 Şarl Lekler 1:33.278 Stoffel Vandorn 1:33.364 Ləns Stroll 1:33.379 Sergey Sirotkin 1:33.467 Brendon Hartli 1:33.497 Markus Eriksson 1:33.508 Serxio Perez 1:33.662 Esteban Okon 1:33.794 Maks Ferstappen -:-:- Birinci sessiya ilə müqayisədə, asfaltın vəziyyəti yaxşılaşıb.Sürücülər bokslarda çox vaxt itirməyiblər, əsas diqqəti uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa sərf ediblər. Elektrik problemləri üzündən ilk məşqləri buraxan Maks Ferstappen bu dəfə trasa ən tez çıxan sürücülərdən biri olub.
2018 Bəhreyn Qran Prisi
2018 Bəhreyn Qran Prisi—2018-ci ildə keçirilmiş növbəti Bəhreyn Qran Prisi. Bəhreyn və Çin Qran Prilərini cəmi bir həftə ayırdığı üçün komandalar çoxlu yenilik gətiriblər. Sessiyanın əvvəli aerodinamik elementlərin səmərəliliyinin yoxlanılmasına sərf edilib, daha sonra isə təkərlər üzərində işləməyə başlayıblar.Maks Ferstappenin maşınında ikinci dövrədə elektrik sistemində problem yaranıb. Holland sürücü RB14-ü pit-leynə çatdırmaq istəyib, lakin sonra maşını tərk edib və onu əlləriylə itələməyə başlayıb. Marşalların və mexaniklərin köməkliyi ilə maşını boksa gətirən Maks Ferstappen üçün sessiya başa çatıb. Sessiyanın sonunda Roman Qrojan və Lekler pit-leynin girişində bir-birini görmədikləri üçün toqquşmadan son anda qurtulublar. Sessiya ərzində başqa insident olmayıb. Protokollara Daniel Rikiardo başçılıq edib – 1:31.060. Daniel Rikiardo 1:31.060 Valtteri Bottas 1:31.364 Kimi Rəykkönen 1:31.458 Sebastyan Fettel 1:31.470 Lyuis Həmilton 1:32.272 Roman Qrojan 1:32.516 Pyer Qasli 1:32.779 Karlos Sayns 1:32.885 Kevin Maqnussen 1:32.971 Niko Hülkenberq 1:33.104 Fernando Alonso 1:33.223 Şarl Lekler 1:33.278 Stoffel Vandorn 1:33.364 Ləns Stroll 1:33.379 Sergey Sirotkin 1:33.467 Brendon Hartli 1:33.497 Markus Eriksson 1:33.508 Serxio Perez 1:33.662 Esteban Okon 1:33.794 Maks Ferstappen -:-:- Birinci sessiya ilə müqayisədə, asfaltın vəziyyəti yaxşılaşıb.Sürücülər bokslarda çox vaxt itirməyiblər, əsas diqqəti uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa sərf ediblər. Elektrik problemləri üzündən ilk məşqləri buraxan Maks Ferstappen bu dəfə trasa ən tez çıxan sürücülərdən biri olub.
Ataol Bəhrəmoğlu
Ataol Bəhrəmoğlu (d. 13 aprel 1942, İstanbul) — şair, yazıçı, tərcüməçi, ədəbiyyatşünas. Ataol Bəhramoğlu 13 aprel 1942-ci ildə İstanbulda anadan olub. Əslən Azərbaycandan olan atası Hikmət Bəhramoğlunun şərəfinə şeirlərini "Bəhramoğlu" imzasıyla yazıb, amma onun ilk imzası atasının boya-başa çatdığı Gorus bölgəsinin şərəfinə Ataol Gorus olub.
Aşıq Bəhram Həsənov
Aşıq Bəhram Həsənov (tam adı: Bəhram Alı oğlu Həsənov) — Azərbaycan aşığı, Qazax Müəllimlər Seminariyasının məzunu. Aşıq Bəhram 1918-ci ildə Qazaxın Daş Salahlı kəndində anadan olmuşdur. Ustadları Qərbi Azərbaycanın Basarkeçər rayonundan Aşıq Hümbət və Aşıq Sadıx olmuşdur Bir çox qoşma, divani və təcnisləri var. Aşıq Bəhram 1991-ci il aprelin 11-də vəfat edib.
Daha yaxşı gələcək (Bəhrani)
Daha yaxşı gələcək — Əbdüləzim əl-Mühtədi əl-Bəhraninin kitabı. Bu kitab əksər insanları maraqlandıran və çox aktual olan ailə məişət mövzularına aid suallardan və onlara verilən cavablardan ibarətdir. Müəllif ona verilən suallar əsasında bu kitabı tərtib etmişdir. Bu suallar elə dəqiqliklə seçilmişdir ki, hər bir oxucu onların içində özünə aid olan bir çox mətləbləri tapacaq və bu kitabın sanki özü üçün yazıldığını hiss edəcəkdir. Kitabın əhatə etdiyi suallar insan həyatını tam çılpaqlığı ilə göz önünə gətirir və onlara verilmiş dəqiq cavablarla da oxucuya suallarla dolu həyatda nə cür davranacağını göstərir. Kitab 2012-ci ildə ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında I cildi 160, II cildi isə 176 səhifədə 60x90 ölçüsündə çap edilib. Bəla və səbir (Şəhid Sani) "Daha Yaxşı Gələcək (I cild)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Qışlaqağdaş-i Bəhram (Biləsuvar)
Qışlaqağdaş-i Bəhram (fars. قشلاق اغداش بهرام‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (9 ailə).
Tofiq Bəhramov
Tofiq Bəhram oğlu Bəhramov (29 yanvar 1925, Ağdam, Ağdam qəzası – 26 mart 1993, Bakı) — Azərbaycanlı futbol hakimi, futbolçusu, Azərbaycan Futbol Federasiyası Assosiasiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. 1966-cı ildə İngiltərədə keçirilən 1966 FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır. O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir. Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzası, İncəvar kəndindən (1930-cu illərdə ləğv edilən kənd Ermənistan SSR, Qafan rayonunda yerləşib) didərgin düşmüşdü. Futbolçu karyerasına 1943-cü ildə başlayan Tofiq Bəhramov 6 ay "Spartak" cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində "Burevestnik"-lə oyunda debüt etdi. Bir il sonra Bəhramov artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı "Dinamo"suna yollandı. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib, lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb.
Tofiq Bəhramov adına Respublika Stadionu
Tofiq Bəhramov adına Respublika stadionu — Bakı şəhərində yerləşən stadion. Bu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi milli stadion əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyır və dünyada hakimin şərəfinə adlandırılan yeganə futbol arenasıdır. Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında keçirilib. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarım qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan rus əlifbasının "С" hərfini xatırladır. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayından sonra stadion Leninin adını daşıyıb. 1993-cü ildə dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb. Tofiq Bəhramov adına Respublika stadionu UEFA tərəfindən ilk dəfə 1996-cı ildə beynəlxalq oyunların keçirilməsi üçün lisenziya alıb.
Tofiq Bəhramovun heykəli (Bakı)
Tofiq Bəhramovun heykəli — Tofiq Bəhramov adına Respublika Stadionunun yanında yerləşən Azərbaycan təlim-məşq mərkəzinin binasının qarşısında yerləşən azərbaycanlı sovet futbol hakimi Tofiq Bəhramovun şərəfinə ucaldılmış abidə. Abidənin müəllifi heykəltaraş Məmmədnicat Salahovdur.. Bu dünyada futbol hakiminə ucaldılmış ilk abidədir. Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılovun sözlərinə görə 2004-cü ilin may ayının sonlarında Tofiq Bəhramovun heykəlinin yaradılması üçün keçirilmiş müsabiqə bitmişdir. 12 layihə arasından Məmmədnicat Salahovun layihəsi seçilmişdir. Bu layihəyə görə Məmmədnicat Salahov 5 milyon manat mükafat almışdır. Heykəl 2004-cü il oktyabrın 13-də, Tofiq Bəhramov adına stadionun qarşısında, 2006-cı il Dünya kubokunun seçmə mərhələsi çərçivəsində İngiltərə yığması ilə Azərbaycan yığmasının görüşündən əvvəl açılmışdır. Açılış mərasimində AFFA prezidenti Ramiz Mirzəyev, gənclər və idman naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını İlham Əliyevin adından təbrik etdi. Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun rəhbərlik etdiyi Dünya çempionatının final matçında Almaniyaya qarşı qətiyyətli qolun müəllifi Cefri Herst iştirak etmişdir. Açılış mərasimində FİFA prezidenti Yozef Blatter və İcraiyyə Komitəsinin üzvü Mişel Platinidə iştirak edib.
V Bəhram
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
Çalır Bəhram Mansurov (film, 1971)
Film tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuşdur.
Şah I Abbasın Bəhreyni fəth etməsi
Şah I Abbasın Bəhreyni fəth etməsi — Səfəvi hökmdarı I Abbasın Bəhreyni ələ keçirməsi nəzərdə tutulur. Döyüş 1602-ci ildə olmuşdur. XVI əsr boyunca portuqaliyalılar İran körfəzində bazalar qurmuşdular. Buna görə də, 1507-ci ildən etibarən Səfəvi imperiyası ilə Portuqaliyanın münasibətləri gərgin idi. Abbasın xarici siyasətdə əsas istiqamətlərdən biri də İran körfəzindən Portuqaliyanı qovmaq idi. Bu istiqamətdə atılmış ilk addımlardan biri də Bəhreynin ələ keçirilməsi oldu. Bəhreyn Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur. Bu adaların ən böyüyünə Bəhreyn deyilir Özbəklərlə müharibə fonunda Şah Abbasın əsas hədəflərindən biri də indiyə qədər Səfəvi imperiyasının çox az dərəcədə fəaliyyətinin olduğu İran körfəzi bölgəsi idi. Bunu düzəltməkdə qərarlı olan Abbas 1601-ci ildə bölgədəki vassal hakimlik olan Ları ilhaq etdi və oranın sonuncu hakimi İbrahim xan Fars hakimi Allahverdi xanın ordusunda özbəklərə qarşı edilən Bəlx yürüşündə iştirak etdi və yürüş əsnasında həyatını itirdi. Ların fəthi Səfəvi hökumətini Hörmüz körfəzindən imperiyanın daxili bölgələrinə qədər olan əsas quru ticarət yoluna nəzarət etməsini təmin etdi.
Şəhid Əhmədov Bəhruz
Bəhruz Səttar oğlu Əhmədov (27 iyun 1997, Balakənd, Sabirabad rayonu – 20 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Bəhruz Əhmədov 27 iyun 1997-ci ildə Sabirabad rayonun Balakənd kəndində anadan olmuşdur. 2003-cü ildə Sabirabad rayonu H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuş, orta məktəbi bitirdikdən sonra Sabirabad rayon Peşə Liseyinə daxil oluşdur. Bəhruz Əhmədov 2015- ci ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. Bəhruz, Tovuz rayonu “N”saylı hərbi hissəsində xidmət keçir. Özünün yüksək peşə hazırlığı, şəxsi keyfiyyətləri, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi ilə seçilib, komandanlığın dərin hörmətini qazanıb. Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi vardı. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynamışdı. Bəhruz böyük arenalarda özünü sınadı, həmişə də qələbə ilə evə döndü. Əsgəri xidmətini Tovuz bölgəsində başa vurub, 2017-ci ildə ordu sıralarından tərxis olunub.
Ələkbər bəy Bəhrəmbəyov
Ələkbər bəy Bəhrəmbəyov — Cəbrayıl qəzası rəisi (1919-1920). Ələkbər bəy Bəhrəmbəyov 1919-cu ilin dekabrınadək Bakı Mərkəzi Həbsxanasının (1888-ci ildə tikilib istifadəyə verilmişdi) rəisi işləyirdi. 1919-cu il dekabrın 12-də daxili işlər naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Ələkbər bəy Bəhrəmbəyov tutduğu vəzifəsindən azad olunaraq Qarabağa, Cəbrayıl qəzasının rəisi vəzifəsinə (1-ci dərəcə üzrə ayda 3.000 manat əmək haqqı ilə təyin edilmişdi (Bundan əvvəl həmin vəzifədə Hüseyn bəy Mahmudbəyov işləmişdi).
Alay Bəhramov
Alay Bəhramov (11 dekabr 1966, Masallı) — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02 mövsümunun bombardiri. Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur. Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur. 1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur. 2001-ci ilin yayında "Şəmkir" klubuna keçir.
Kitab-ül Bəhriyyə
Kitab-ül Bəhriyyə və ya Dənizlər kitabı (osman. >كتاب بحرية türk. Kitâb-ı Bahriye) — Osmanlı dənizçisi, admiralı Piri Rəis tərəfindən hazırlanmış Aralıq dənizi sahillərinin ətraflı xəritəsi-bələdçisi əsəridir. Kitabda dənizçilərə Aralıq dənizi sahilləri, onun adaları, keçidləri, boğazları, körfəzləri, fırtına zamanı hara sığınacaq axtarmalı, limanlara necə yaxınlaşmalı, eləcə də limanlar arasında naviqasiya üçün dəqiq marşrutlar haqqında məlumat verilir. Kitab-ül Bəhriyyənin iki variantı var. Birincisi 1521-ci ilə aiddir və dənizçilərin istifadəsi üçün hazırlanmışdır. İkincisi, 1526-cı ildə Qanuni Sultan Süleymana təqdim edilmək üçün hazırlanmış daha təfərrüatlı və təmtəraqlı nüsxəsidir. Böyük kartoqraf olmaqla yanaşı, böyük dənizçi olan Piri Rəis getdiyi yerlər haqqında məlumatları qeydə alır, xəritələrini çəkirdi. 1511-1513-cü illər arasında ilk dünya xəritəsini çəkərkən (Piri Rəis xəritəsi) naviqasiya qeydlərini kitab şəklində tərtib etməyə başladı. Nəhayət, xarici mənbələrdən istifadə edərək 1521-ci ildə tamamladığı Kitab-ül Bəhriyyə də bu yerlərin tarixi və coğrafi xüsusiyyətlərini topladı.
Bəhruz Kəngərlinin rəsm əsərlərinin siyahısı
Bəhruz Kəngərlinin rəsm əsərləri aşağıda qeyd olunmuşdur:
Bəhruz Quliyev (dövlət xadimi)
Bəhruz Faiq oğlu Quliyev (30 sentyabr 1981, Tovuz rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru. Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirmişdir. Milli Aviasiya Akademiyasının doktorantıdır. 2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləmişdir. 7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2023-cü il Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Bəhruzə bəyim
Bəhruzə xanım və ya Bəhruzə Bəyim — Səfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı. O, ehtimal ki kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuşdur Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər. Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür. Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir. İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir. Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi — "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.
Bəhram mirzə Qacar
Bəhram mirzə Qacar (1806–1882) — Qacar şahzadəsi, vali. Abbas mirzənin ikinci oğlu Bəhram mirzə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Müəzzəddövlə ləqəbini daşıyırdı. 1834-cü ildə Kirmanşah, Lurestan və Xuzistan əyalətlərinin hakimi təyin edilmişdi. Nasirəddin şahın hakimiyyəti dönəmində ədliyyə naziri olmuşdu. 1859-cu ildə, Müzəffərəddin şah Təbrizi vəliəhd kimi idarə edən zaman ona naiblik etmişdi. 1882-ci ildə vəfat edib. Bəhram mirzənin törəməsi Müəzzi soyadını daşıyır. Bəhram mirzənin İsmayıl mirzə adlı oğlu vardı.
Bəhruz Quliyev (general)
Bəhruz Faiq oğlu Quliyev (30 sentyabr 1981, Tovuz rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru. Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirmişdir. Milli Aviasiya Akademiyasının doktorantıdır. 2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləmişdir. 7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2023-cü il Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Bəhruz Zeynalov

Digər lüğətlərdə