Bəhliyan
Bəhliyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
== Coğrafiyası və iqlimi ==
Bəhliyan kəndi Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Toponim tat dilindəki bəhli (gilas) və an (yer) sözlərindən ibarət olub, “gilaslı yer” mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır. Bəhliyan kəndinin coğrafi kordinatları 40.671989 en, 48.301708 uzunluğu olan bu dərəcələrdir. İsmayıllı rayonunun Ağsu tərəfində yerləşmişdir. Təbiəti zəngin meşə örtüyü ilə əhatə olunub, çox quru iqlimə malikdir. Rayonla və rayon-ətrafı kəndlərdən fərqli olaraq kəndin havadaki nəmlilik dərəcəsi hiss olunacaq dərəcədə fərq edir. Kənd qara və boz qonur yəni əkinçiliyə yararli torpaq örtüyü ilə əhatə olunub.
== Əhalisi ==
Əhalisi 76 nəfərdir ki onunda 39 nəfəri kişi, 37 nəfəri qadındır.