BAŞIPOZUQ

sif. Heç bir nizam və intizama tabe olmayan, heç bir qaydaya riayət etməyən; nizamsız.
Ətraf küçələr başıpozuq camaatla dolu idi. M.S.Ordubadi.

// İs. mənasında.
Başıpozuqlar kimi belə nizamsız və dağınıq halda yeriyərək, kəndə girmək onun [zabitin] fikrincə, yaxşı təsir bağışlamazdı. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞIPOZUQ nizamsız

Antonimlər (əks mənalı sözlər)

  • BAŞIPOZUQ BAŞIPOZUQ – İNTİZAMLI Ətraf küçələr başıpozuq camaatla dolu idi (M.S.Ordubadi); Bizim tələbələr iməciliyə intizamlı, mütəşəkkil çıxmışlar
BAŞIPAPAQLI
BAŞIPOZUQLUQ
OBASTAN VİKİ
Başıpozuqlar
Başıpozuqlar (türk. Başıbozuk) — Osmanlı imperiyasında dövlətin bütün bölgələrindən, ancaq əsasən Albaniya və Kiçik Asiyada toplanan nizamsız hərbi birləşmələrin adı. Əsəsən Anadolu, Şimali Afrika və Balkan yarımadası mülki şəxslərindən toplanırdılar. Bu termin Qərb tarixşünasları və tədqiqatçıları tərəfindən (XIX əsrdən bu günə qədər) tez-tez səhv yöndə işlədilərək Osmanlı ordusunun bütün nizamsız birləşmələrinə şamil edilmişdir. Lakin əslində bu ad yalnız Geliboluda, Balkanlarda və İon dənizinin sahillərində fəaliyyət göstərən Osmanlı muzdlu əsgərlərinin müəyyən bir qrupuna aiddir. == Etimologiya == Başıpozuq sözü iki sözün birləşməsindən ibarətdir. Türk dilindən hərfi mənada tərcümə olunan "başıbozuk" (türkcə baş "baş" + bozuk "xarab olmuş; dəli") sözü "qüsurlu başlı", "dəli başlı" mənasını verir. Adətən bu söz birləşməsi "Cəsarətli" ifadəsi ilə də müqayisə oluna bilər. Məcazi mənada isə "quldur" sözü ilə sinonimdir. == Tarixi == İlk dövrlər bu termin, vilayətlərdən İstanbula gələn evsizləri təsvir etmək üçün istifadə edilirdi.

Digər lüğətlərdə