BAHƏM zərf [ fars. ] köhn. Bir yerdə, birgə, birlikdə, bərabər. Tut ağacının dibində … samovarı qoydurdum və qonağımız ilə bahəm başladıq çay içməyə. C.Məmmədquluzadə. Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzisini qazanıb, külfəti ilə bahəm bəxtiyar yaşayırdı. C.Cabbarlı.