1. Həcmcə, boyca, miqdarca, sayca kiçiklik, xırdalıq, azlıq; balaca şeyin halı.
2. Uşaqlıq, körpəlik. Balacalığında çox nadinc idi. Balacalığına baxma, çox zirəkdir.
– Yusif Qaraca qızın tərsliyinə təəccüb edib, arvadına deyərdi: – Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam.