BALÜ-PƏR FARS
BAM-BAM
OBASTAN VİKİ
Bam gölü
Bam gölü — Burkina-Fasoda Konqoussi şəhərinin yaxınlığında yerləşən göl. Göl yavaş-yavaş qurumaqdadır. Bu da yaxınlıqdakı əkinçiliyi, balıq təsərrüfatlarını, mal-qaranın suvarılmasını risk altında qoyur. Göl 2009-cu ildən Ramsar ərazisi kimi təyin olunmuşdur.
Aechmea bambusoides
Aechmea bambusoides (lat. Aechmea bambusoides) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Afrika Bambaataa
Kevin Donovan (17 aprel 1957, Nyu-York, Nyu-York ştatı) ya da bilinən səhnə adıyla Afrika Bambaataa — Cənubi Bronks çıxışlı amerikalı DJ. O, 1980-ci illərdə çıxardığı elektro parçaları ilə Hip-hop mədəniyyətinin inkişafına təsir göstərmişdir. Afrika Bambaataa break-beat DJ-liyin yaradıcılarından birincisi, Hip-hop mədəniyyətinin atası və Amen Ra-sı, həmçinin, Elektro Funk-ın atası olaraq bilinir.
Arundo bambusifolia
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
BAMF
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) – 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilat. BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar və konfliktologiya; qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Jurnalistlər Konfederasiyasının üzvüdür. BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyəti sədrinin müavinidir. Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı həm də fonda müvafiq səlahiyyətlər qazandırır. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir. Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun tərəfdaşı kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi ilə özəl tərəfdaşlıq BAMF-ın sülhməramlı aksiyalar və konfliktologiya sahəsindəki fəaliyyətində yeni mərhələ açmışdır. Təşkilat bu tərəfdaşlıq çərçivəsində öz nəşrlərində, media qurumları ilə əməkdaşlıq əlaqələrində və keçirdiyi ictimai tədbirlərdə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsilə tərəfdaşlığını vurğulaya, bu idarə ilə birgə müəlliflik əsasında məqalələr və nəşrlər hazırlaya bilər.
BamBam (müğənni)
Kunpimook Bhuvakul (tay กันต์พิมุกต์ ภูวกุล ;2 may 1997, Banqkok) səhnə adı ilə BamBam(kor. 뱀뱀;tay แบมแบม) ,taylandlı repçi,müğənni, mahnı müəllifi və Cənubi Koreya-lı oğlan qrupu Got7 -nin üzvüdür. == Bioqrafiya == BamBam 2 may 1997-ci ildə Banqkok,Taylandda doğulmuşdur.Ailəsi anası və üç qardaşından ibarətdir. Atası 3 yaşında ikən dünyasını dəyişmişdir. BamBam, Koreya mədəniyyəti ilə maraqlanırmış və Rain fanatı olaraq anası ilə qrupun bir neçə konsertlərinə getmiş və buna görə müğənni olmaq arzusunda olmuşdur. Ondan ilhamlanaraq, 10 yaşında rəqs etməyə və oxumağı öyrənməyə başladı. O Blackpink üzvü Lisa ilə "We Zaa Cool" rəqs qrupunun bir hissəsi oldu. 2007-ci ildə Tayland Rain Cover Dance Yarışmasında birincilik qazandı və 2010-cu ildə Tayland LG Entertainer Competition -da ikinci oldu. 13 yaşında Taylandda JYP World Tour Audition -dan keçdi və stajyer olmaq üçün Cənubi Koreya-ya köçdü. 9 Aprel 2018-ci ildə, BamBam hərbi xidmətə getmək üçün Taylanda qayıtdı, bölgəsində könüllü və qırmızı vərəqə toplama kvotasına görə xidmətdən azad edildi.
Emilia bampsiana
Emilia bampsiana (lat. Emilia bampsiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Euseius bambusae
Euseius bambusae (lat. Euseius bambusae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Heydər Bammatov
Bammatov Heydər Nəcməddin oğlu (1 (13) noyabr 1889, Kafır-Kumuq[d], Temirxan-Şura dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 31 mart 1965, Paris, Fransa) — Şimali Qafqaz ictimai-siyasi hərəkatının liderlərindən biri, liberal-demokrat. == Həyatı == Qafqaz canişinin tərcüməçisi olmuşdur. Fevral inqilabından (1917) sonra Dağıstan əhalisinin Temirxan-Şurada seçdiyi (1917, 9 mart) Müvəqqəti Vilayət İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1917-ci il sentyabrın 1-dəTemirxan-Şurada təşkil edilən Dağıstan Milli Müsəlman Komitəsinin tərkibinə daxil idi. Ümum-Rusiya Müəssislər məclisinə, III Ümumdağıstan qurultayında (1918, yanvar) Dağıstan İcraiyyə Komitəsinə üzv seçilmişdi. Müvəqqəti Dağlılar hökumətinin üzvü, Cənubi Qafqaz birliyi ilə danışıqlar aparmaq üçün Tiflisə göndərilən nümayəndə heyətinin sədri olmuşdur. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müsəlman fraksiyası ilə Şimali Qafqaz nümayəndə heyətinin birgə iclasında Azərbaycanla Şimali Qafqaz arasında münasibətləri tənzimləmək üçün yaradılan xüsusi komissiyanın dağlılar tərəfindən üzvlərindən biri də Bammat idi. Trabzon konfransında qeyri-rəsmi iştirak etmiş, Ə. M. Çermoyevlə birlikdə 1918-ci il mayın 11-də Qafqaz Dağlılar İttifaqı dövlətinin müstəqilliyini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Şimali Qafqaz nümayəndə heyəti Batum konfransında (1918) rəsmən iştirak etmiş, Bammat burada Almaniyanın Türkiyədəki səfiri Bensdorf, Batum konfransında alman diplomatik heyətinin rəhbəri fon Lossov, Türkiyə və Cənubi Qafqaz dövlətlərinin nümayəndələri ilə Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlar aparmışdır. 1918 il iyunun 8-də Şimali Qafqaz Respublikası Osmanlı dövləti ilə dostluq haqqında müqavilə imzalamış və ondan hərbi yardım təminatı almışdı.
Phytoseius bambusae
Phytoseius bambusae (lat. Phytoseius bambusae) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius bambusae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Senecio bampsianus
Senecio bampsianus (lat. Senecio bampsianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Susilo Bambanq Yudhoyono
Susilo Bambanq Yudhoyono (9 sentyabr 1949[…], Şərqi Yava) — İndoneziyalı siyasətçi və bu ölkənin 6-cı prezidenti.
Tanacetum bamianicum
Tanacetum bamianicum (lat. Tanacetum bamianicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü.
Typhlodromus bambusae
Typhlodromus bambusae (lat. Typhlodromus bambusae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus bambusae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Typhlodromus bambusicolus
Typhlodromus bambusicolus (lat. Typhlodromus bambusicolus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus bambusicolus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Yakuba Bamba
Yakuba Bamba (16 dekabr 1975, Markori[d]) — Kot-d'İvuar futbolçusu.
Araşiyama bambuk meşəsi
Saqano bambuk meşəsi (嵯峨野竹林, Saqano çikurin) və ya Araşiyama bambuk meşəsi (嵐山竹林, Araşiyama çikurin) – Yaponiyanın Kioto şəhərinin Araşiyama rayonunda yerləşən bambuk meşəsi. Bu meşənin ortasında keçən cığır Kiotonun görməli yerlərindən biri hesab olunur. == Yerləşməsi == Saqano bambuk meşəsi Kioto şəhərinin şimal-qərbində yerləşən Araşiyama rayonuna daxil olan Saqano adlı bölgədə yerləşir. Bu səbəbdən sadəcə Araşiyama bambuk meşəsi adı ilə də tanınır. Meşənin girişində Tenryu məbədi yerləşir. Bambuk yapon mədəniyyətində gücün simvolu olduğu üçün məbəd burada tikilmişdir. Meşədən keçən cığırın sonunda isə səssiz filmlərin ulduzu olmuş Denciro Okoçinin keçmiş evi olan Okoçi-Sanso villası yerləşir. == Xüsusiyyətlər == Meşənin sahəsi 16 km2 təşkil edir. Külək əsərkən bambuklar bir-birinə dəyir və diqqəti cəlb edən səsə səbəb olur. Yaponiya Ətraf Mühit Nazirliyi meşəni "Yaponiyanın 100 səs landşaftı"ndan biri elan etmişdir.
Bambuk meşəsi (Kioto)
Saqano bambuk meşəsi (嵯峨野竹林, Saqano çikurin) və ya Araşiyama bambuk meşəsi (嵐山竹林, Araşiyama çikurin) – Yaponiyanın Kioto şəhərinin Araşiyama rayonunda yerləşən bambuk meşəsi. Bu meşənin ortasında keçən cığır Kiotonun görməli yerlərindən biri hesab olunur. == Yerləşməsi == Saqano bambuk meşəsi Kioto şəhərinin şimal-qərbində yerləşən Araşiyama rayonuna daxil olan Saqano adlı bölgədə yerləşir. Bu səbəbdən sadəcə Araşiyama bambuk meşəsi adı ilə də tanınır. Meşənin girişində Tenryu məbədi yerləşir. Bambuk yapon mədəniyyətində gücün simvolu olduğu üçün məbəd burada tikilmişdir. Meşədən keçən cığırın sonunda isə səssiz filmlərin ulduzu olmuş Denciro Okoçinin keçmiş evi olan Okoçi-Sanso villası yerləşir. == Xüsusiyyətlər == Meşənin sahəsi 16 km2 təşkil edir. Külək əsərkən bambuklar bir-birinə dəyir və diqqəti cəlb edən səsə səbəb olur. Yaponiya Ətraf Mühit Nazirliyi meşəni "Yaponiyanın 100 səs landşaftı"ndan biri elan etmişdir.
Saqano bambuk meşəsi
Saqano bambuk meşəsi (嵯峨野竹林, Saqano çikurin) və ya Araşiyama bambuk meşəsi (嵐山竹林, Araşiyama çikurin) – Yaponiyanın Kioto şəhərinin Araşiyama rayonunda yerləşən bambuk meşəsi. Bu meşənin ortasında keçən cığır Kiotonun görməli yerlərindən biri hesab olunur. Saqano bambuk meşəsi Kioto şəhərinin şimal-qərbində yerləşən Araşiyama rayonuna daxil olan Saqano adlı bölgədə yerləşir. Bu səbəbdən sadəcə Araşiyama bambuk meşəsi adı ilə də tanınır. Meşənin girişində Tenryu məbədi yerləşir. Bambuk yapon mədəniyyətində gücün simvolu olduğu üçün məbəd burada tikilmişdir. Meşədən keçən cığırın sonunda isə səssiz filmlərin ulduzu olmuş Denciro Okoçinin keçmiş evi olan Okoçi-Sanso villası yerləşir. Meşənin sahəsi 16 km2 təşkil edir. Külək əsərkən bambuklar bir-birinə dəyir və diqqəti cəlb edən səsə səbəb olur. Yaponiya Ətraf Mühit Nazirliyi meşəni "Yaponiyanın 100 səs landşaftı"ndan biri elan etmişdir.
Bamblbi (film)
Bamblbi, BamblBi və ya Transformerlər: Bamblbi —2018-ci il istehsalı ABŞ elmi fantastika və döyüş filmi. Transformerlər filmlər seriyasının altıncı filmidir. Film 21 dekabr 2018-ci ildə ABŞ-də ilk baxışa çıxdı və dünya üzrə 468 milyon ABŞ dolları gəlir əldə edərək seriyanın ən az gəlirli filmi oldu. == Rollarda == Heyli Staynfeld — Çarli Vatson rolunda, Bamblibinin 18 yaşlı qız dostu Con Sina — Cek Berns rolunda, ABŞ Ordusunun keçmiş polkovniki və Sektor 7 agenti Xorxe Lendeborq — Quillermo "Memo" Qutierrez Con Ortis — Dr.
Kalinka Bamberskinin qətli
Kalinka Bamberskinin qətli — 1982-ci ilin iyul ayında Almaniya Federativ Respublikasının Lindau şəhərində törədilmiş cinayət. Fransız qadın Kalinka Bamberski 14 yaşında ögey atası Diter Krombaxın evində vəfat etmişdir. Cəsədin tibbi yarılmasının şübhəli nəticələri ilə əlaqədar olaraq qızın atası Andre Bamberski Krombaxın qızının ölümündə əli olub-olmadığını araşdırmaq üçün Almaniya hakimiyyətinə təzyiq göstərməyə başladı. Almaniyada məhkəmə prosesi dayandırldıqdan sonra, 1995-ci ildə Fransa məhkəməsi Krombaxı qiyabi olaraq mühakimə etdi və onu ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bildi. Alman hökuməti Krombaxın ekstradisiyasından imtina etdiyinə görə 2009-cu ildə Bamberski onun oğurlanması və Almaniyadan Fransaya qaçırılmasında iştirak etdi. Orada Krombax məhkəmə qarışısına çıxardıldı və 2011-ci ildə qəsdlə edilməyən qətil ilə nəticələnən qəsdən bədən xəsarətlərini yetirməkdə təqsirli bilindi. Krombax 15 il müddətinə azadlıqdan məhrum edildə; 2020-ci ilin fevral ayında səhhətinə görə həbsdən azad edildi və həmin ilin 12 sentyabrında Vinzendəki qocalar evində öldü. Öz növbəsində, Fransa məhkəməsi Bamberskini Krombaxın oğurlanmasına görə bir il olmaqla şərti cəzaya məhkum etdi. İnsan oğurluğunda ona kömək edən Anton Krasniçi və Kaça Bablovani bir il həbs cəzası aldılar.\ == Hadisədən öncə == === Andre Bamberski === Andre Bamberski 1937-ci ildə Valansyen şəhərində anadan olmuşdur. Atası Polşadan Fransa kömür mədənlərində işləməyə gəlmişdi.
Kris Bamsted
Christopher Adam Bumstead (2 fevral 1995, Ottava) Pərəstişkarları tərəfindən CBum kimi tanınan Kristofer Adam Bumstead (2 fevral 1995-ci ildə anadan olmuşdur). Kanadalı IFBB peşəkar bodibilderidir. Bumstead 2019, 2020, 2021 və 2022-ci illərdə müsabiqənin qalibi olan Mr.Olympia Classic Physique qalibi olmuşdur. O, həmçinin 2017 və 2018-ci illərdə ikinci olmuşdur. == Həyatı == Bumstead Ontario ştatının Ottava şəhərində anadan olmuşdur. Orta məktəbdə qılıncoynatma, futbol, ​​beysbol, basketbol və hokkey də daxil olmaqla bir çox idman növü ilə məşğul olmuşdur. 14 yaşında ağır atletika ilə məşğul olmağa başlamış və doqquzuncu və on ikinci siniflər arasında ən çox ayaqlarını böyütməklə 170-dən 225 kiloya qədər getmişdir. Yaxşı bir bədən quruluşu yaratdıqdan sonra Bumstead bacısı ilə görüşən hazırkı məşqçisi, peşəkar bodibilder Lain Valliere ilə tanış olmuşdur. 19 oktyabr 2022-ci ildə Chris və Lain rəsmi olaraq öz Mr.Olympia şoularına diqqət yetirmək üçün artıq birlikdə işləməyəcəklərini elan etmişdirlər. == Kariyerası == Böyüyəndə bədən tərbiyəsi Bumstead üçün yalnız hobbi olmuşdur.
Bambi effekti
Bambi effekti – maral kimi sevimli heyvanların öldürülməsinə etiraz edən, ancaq donuz kimi daha az sevimli qəbul olunan heyvanların öldürülməsini və ya əzab çəkmələrinə daha neytral yanaşan psixoloji fenomen. 1942-ci ildə çəkilmiş Bambi cizgi filminə əsaslanır.
Quercus bambusifolia
Quercus bambusifolia (lat. Quercus bambusifolia) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Cyclobalanopsis neglecta Schottky Quercus neglecta (Schottky) Koidz.
Üç milyon bambuk nizə nəzəriyyəsi
Üç milyon bambuk nizə nəzəriyyəsi (竹槍三百万本論, Takeyari sanbyakuman bonron) – Yaponiya imperator ordusunun generalı Sadao Araki tərəfindən irəli sürülmüş iddia. Bu nəzəriyyəyə görə Yaponiya özünü 3 milyon bambuk nizə ilə müdafiə edə bilər. == Haqqında == Sadao Araki "Bambuk nizə generalı" kimi tanınmış, tez-tez bambuk nizələr haqqında fikirlər bildirmişdir. Bu mövzu haqqında ən məşhur fikrini 1933-cü ilin oktyabrında ordu naziri olduğu dövrdə bir qrup xarici jurnalistə verdiyi bir müsahibədə səsləndirmişdir: "Əgər bizim üç milyon bambukumuz olsaydı, böyük güclərdən qorxmaq üçün heç bir səbəbimiz qalmazdı". === Arakinin bambuk nizə fikirləri === Araki 7 mart 1933-cü ildə Britaniyanın Yaponiyadakı səfirliyində Corc Bernard Şou ilə müasir silahlar haqqında müzakirə apararkən bambuk nizələrin adını çəkmişdir: Araki 22 oktyabr 1933-cü ildə Fukui prefekturasında keçirilmiş bir hərbi təlimdən sonra bambuk nizələr haqqında fikir bildirmişdir: 13 may 1935-ci ildə Araki jurnalist Tanzan İşibaşi ilə öz evində baş tutmuş görüş zamanı bu fikirləri bildirmişdir: == İkinci Dünya müharibəsində bambuk nizələr == İkinci Dünya müharibəsi illərində bambuk nizələr Yaponiya ordusu tərəfindən "standart silah" kimi istifadə olunmuş, ABŞ əsgərlərini bambuk nizə ilə öldürməyi göstərən nəşrlər buraxılmışdır.

Digər lüğətlərdə