BAYĞIN-BAYĞIN zərf Xumarlanmış halda, süzgün-süzgün, məstanə. [Gənc oğlan və qız] bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın olan şeylərdən danışırlar. M.S.Ordubadi.