əsli: fars. bad, burut
Görkəm, boy-buxun, bədən quruluşu. (“Koroğlu” dastanının lüğəti)
Bolu bəy ondan soruşdu:
– De görüm, kimsən?
Koroğlu özünü cəmləşdirib dedi:
– Qoruqçuyam.
Bolu bəy bir onun bazburutuna baxdı, bir boy-buxununa baxdı, dedi:
– Kimin qoruqçususan? (“Koroğlu ilə Bolu bəy”)
*
Hər yüz tümənə on beş tümən, hər yüz tümənə on beş tümən. Eyvaz şübhələndi. Bir Koroğlunun bazburutuna baxdı, bir bığlarına baxdı... (“Eyvazın Çənlibelə gətirilməyi”)