BAZUBƏND

is. [ fars. ]
1. Qolbaq, bilərzik.
Xədəmələr durar sağü solunda; Cavahir bazubənd iki qolunda. Nəbati.
Bu halda şah, başında tac və əlində cavahirnişan toppuz, qolunda cavahir bazubəndlər … taxta çıxıb oturdu. M.F.Axundzadə.
Salıbsan gərdənə heykəl, həmail; Qızıl bazubəndlər qola yaraşar. Aşıq Ələsgər.

2. Qədimdə döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.
3. din. İçərisində nəzər duası, yaxud dua kitabçalarından bir nüsxə qoyulmuş, meşin və ya parça qovluq; qolbənd.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAZUBƏND bazubənd bax bilərzik
  • BAZUBƏND qolbaq — bilərzik
BAZU
BAZUÖNÜ

Digər lüğətlərdə