BAŞLAMAQ

f.
1. Bir işə girişmək, şüru etmək. İşə başlamaq. Müşavirəyə başlamaq. İnşaata başlamaq. Yeni zavod dünəndən işləməyə başlamışdır.
– Elə ki, sabah oldu, Sona fars dilini oxumağa başladı. N.Nərimanov.
Marallarım mövizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başladılar əzbərləməyə. Ə.Haqverdiyev.

2. Bir işin, halın, keyfiyyətin, hadisənin və s.-nin ilk əlamətlərini göstərmək. Qocalmağa başlamaq. Bacadan tüstü görünməyə başladı. Hava qaralmağa başladı. Yağış damcılamağa başladı.
– Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə.
Atlı yaxınlaşdıqca onun qucağındakı heyvan da aydın görünməyə başladı. M.Hüseyn.

3. Bir işin əsası qoyulmaq, əmələ gəlmək, meydana gəlmək.
Mühərrirlik sənəti Azərbaycanda, demək olar ki, Mirzə Fətəli Axundzadə ilə, xüsusən “Əkinçi”ni yaradan Həsən bəy Zərdabi ilə başlamışdır. (Qəzetlərdən).

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞLAMAQ girişmək
  • BAŞLAMAQ BAŞLAMAQ Sona oxumağa 8 yaşında başladı (N.Nərimanov); AĞAZ ETMƏK Gündə bir şəbədə ağaz etdin; Çox olan lütfü bizə az etdin (S

Antonimlər (əks mənalı sözlər)

  • BAŞLAMAQ BAŞLAMAQ – QURTARMAQ Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətlə qurtarır (Çəmənzəminli)
BAŞLAMA
BAŞLANĞIC
OBASTAN VİKİ
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.

Digər lüğətlərdə