Beigel
Beyql (ing. Bagel; idiş בײגל, translit: beygl; pol. bajgiel; həmçinin beigel) — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü.
İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır.
İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.