Betelle metodu
Betelle metodu-Bu metod su resurslarının inkişafı, suyun keyfiyyətinə nəzarət, avtomagistralların, atom elektrik stansiyalarının planları və s. layihələr tərəfindən ətraf mühitə göstərilən təsirlərin qiymətləndirilməsi üçün hazırlanmışdır.
== Giriş ==
Hər kateqoriya (qrup) daxilində komponentlər mövcuddur, onların təsir göstəricilərinə ayrı-ayrı cərgələr aiddir. Məsələn, çirklənmə-bu kateqoriyadır, suyun çirklənməsi komponentdir, pH isə təsirin bir göstəricisidir. Bu metod dörd əsas faktordan istifadə edir: ekologiya, fiziki-kimyəvi, hiss edilən-mənimsənilən, insan fəaliyyəti (sosıum). Bu kateqoriyalar müəyyən sayda xüsusi seçilmiş komponentlərə malikdirlər.