1. Halsız, taqətsiz, yorulmuş, əldən düşmüş; üzgün, zəif. Bihal yıxılmaq.
– Sübh vaxtında bir qoca çaqqal; Aclıq etmişdi çox onu bihal.
Kərbəlayı Qulaməli, hacının bu sözlərini eşidəndə, uca sövtlə hönkürüb, bihal dizi üstə çökdü.
Əjdər bihal uzanmalı oldu…
2. Özündən getmiş, ürəyi keçmiş, bayğın.
□ Bihal olmaq – özündən getmək, bayılmaq.
[Kəblə Fatma:] Nazlını bir fənd ilə dilə tutdum, amma, vallah, o qədər ağlayıb ki, az qalıb ki, bihal olsun.
[Əbdül:] Sara xanımın halı fənalaşır, bihal olub, tez həkim lazımdır.