BİİXTİYAR

zərf [ fars. bi… və ər. ixtiyar]
1. İxtiyarsız, qeyri-iradi, qeyri-ixtiyari (olaraq), özü istəmədən, özündən asılı olmayaraq. Biixtiyar ağlamağa başladı.
– Məstanə gözlərini görüb sərxoşam müdam; Biixtiyar sakini-meyxanəyəm yenə. Kişvəri.
Biixtiyar ovcumdakı dəni yerə səpərdim.
Cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq.
[Məryəmin] gözləri axdı, başı çiyninə əyildi və iki əli də biixtiyar düşüb sallandı. B.Talıblı.

2. Hüquqsuz, ixtiyarsız, əlində ixtiyarı olmayan.
İmama ixtiyarın vermə, hərgiz uyma, təkbirə; Özün, kim faili-muxtarsən, biixtiyar olma. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİİXTİYAR biixtiyar bax ixtiyarsız
BİXƏTƏR
BİİKRAH

Digər lüğətlərdə