zərf 1. Gözlənmədən, qəflətən, qəfildən, nagah. Birdən yıxılmaq. Birdən qulağıma bir səs dəydi. Birdən dili tutulmaq.
– …Yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur. C.Məmmədquluzadə.
Məşədi Əsgər getmək istəyəndə, Həsənəli bəyin sözü birdən yadına düşdü. S.M.Qənizadə.
Birdən tingə başından … bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı.
2. Bir dəfədə, bir dəfəyə. Bir stəkan suyu birdən içdi.
// Eyni zamanda, bir vaxtda. Hamı birdən oxudu. Hamınız birdən danışmayın.
– Ey bivəfa, məni cana yetirdin; Munca cövrü cəfa birdən olurmu? Q.Zakir.
◊ Birdən-ikiyə – heç.
[Badam xala:] …Məni birdən-ikiyə iclasda görmüsən? Mir Cəlal.
Mən birdən-ikiyə danışmamışam. Ə.Sadıq.