BİSAHİB

sif. [ fars. bi… və ər. sahib]
1. Sahibsiz, yiyəsiz. Bisahib ev. Bisahib at.
2. Baxımsız, himayəsiz, kimsəsiz. Bisahib uşaq.
[Sona xanım:] Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma! M.F.Axundzadə.
Bu qaranlıq ev içrə bisahib; Ürəyim tifl, taleyim rahib. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİSAHİB bisahib bax sahibsiz
BİS
BİSAVAD

Digər lüğətlərdə