BİVƏHM sif. [ fars. bi… və ər. vəhm] köhn. Qorxusuz, qorxmayan. [Vəzir:] …Teymur ağa gör necə səndən bivəhmdir ki, günün günortasında mənim kimi kişinin evinə giribdir. M.F.Axundzadə.