BİSYAR
BİŞƏ
OBASTAN VİKİ
Qvendal Biş
Persi Biş Şelli
Persi Biş Şelli (4 avqust 1792[…], Horşam[d], Uest Sasseks[d][…] – 8 iyul 1822[…], Speziya, Liquriya və ya Viarecco, Toskana) — ingilis ədəbiyyatı və romantizm dövrünin ən əhəmiyyətli şairlərindən biri. Etonda təhsil almışdır. 1811-ci ildə yazdığı "Ateizmin lazımlılığı" adlı məqaləsinə görə Aksforddan atıldı və atası tərəfindən də rədd edilmiş və Londona getmişdir. Orada Harriet Vestbruk adlı bir qadınla evlənmişdir.
Abbad ibn Bişr
Abbad ibn Bişr (ərəb. عباد بن بشر‎ 589, Mədinə – 632) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Mədinədə anadan olmuşdur. Məhəmməd peyğəmbərin Mədinəyə göndərdiyi Musab ibn Umeyrin xütbələri sayəsində İslam ehkamı ilə tanış olur. İslamı qəbul etdikdən sonra zahid bir həyat tərzi keçirir, namaza çox vaxt sərf edir. O, parlaq Quran alimi idi. Aişə binti Əbu Bəkr demişdir: "Əbdül-Əşxələ nəslindən olan üç ənsardan heç kim fəzilət baxımından üstün ola bilməzdi: Səd ibn Muaz, Üseyd ibn əl-Xudeyr və Abbad ibn Bişr". Abbad ibn Bişr Peyğəmbərin dövründə bütün hərbi yürüşlərdə iştirak etmişdir. 626-cı ildə Məhəmməd peyğəmbər Bəni Muharib və Bənu Sələbə qəbilələrinə qarşı yürüş edir. Vadilərin birindəki "Zat ər-Rikaa" döyüşündən qayıdan dəstə gecəni saxlanır.
Balık Bişməse rayonu
Balık Bişməse rayonu (tatar. Балык Бистәсе районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. Kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Balık Bişməse şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Rayon Layiş, Pitrəç, Teləçe, Mamadış rayonları ilə, Kuybışev su anbarı boyunca isə Çistopol və Alekseyevsk rayonları ilə həmsərhəddir. == Tarixi == Rayon 14 fevral 1927-ci ildə qurulmuşdur. 1920-ci ilə qədər olan ərazi Layiş qəzasına, 1920-1927-ci illərdə Layiş kantonuna daxil idi. 26 mart 1959-cu ildə ləğv edilmiş Kzıl-Yulduz rayonu ərazisinin bir hissəsi (rayon mərkəzi Kutlu-Bukaş kəndində olmuşdur) Balık Bişməse rayonunun bir hissəsi olur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilir, ərazisinin bir hissəsi Mamadış rayonunun, bir hissəsi isə Pitrəç rayonunun tərkibinə keçir.
Bişara əl-Xuri
Bişara Əl-Xuri (ərəb. بشارة الخوري‎; 10 avqust 1890 – 11 yanvar 1964[…], Beyrut) — Livan dövlət xadimi. Müstəqil Liviya Respublikasının ilk prezidenti. == Həyatı == Yüksək vəzifəli dövlət məmurunun oğlu olan Xuri, Parisdə hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Müstəqillik düşüncəsində qərarlı olan və Ərəb ölkələrini birləşdirən bir federasiya ideyasına qarşı çıxan Xuri, ərəb ölkələri ilə dostluq münasibəti qurulmasında maraqlı idi. 1920-ci ildə Livan valiliyində vəzifə aldı və bir neçə ay sonra təşkil olunan hökumətdə seçildi. 1922-ci ilə qədər hökumətdəki bu vəzifədə qaldı. 1926-cı ildə Edib hökumətinin Daxili İşlər Naziri olaraq yer aldı. II Dünya Müharibəsi dövründə Böyük Britaniya ilə münasibətləri sıxlaşdı. 1943-cü ildə müstəqil respublika üçün baş tutan seçkilərdə ən fəal iştirakçılardan idi və ölkənin ilk prezidenti seçildi.
Bişbülək rayonu
Bişbülək rayonu (başq. Бишбүләк районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Sterlibaşev kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın cənub-qərbində yerləşir. Rayonun ərazisi 2134 km² təşkil edir. İqlimi mülayim kontinental və rütübətlidir. Ərazisində neft (Şkapovskoye, Demskoye, Sataevskoye, Aznakaevskoye yataqları), kirəçdaşı (Çulpan), qum, qum-çınqıl qarışığı (Çulpan), gil (Aitovskoye) çıxarılır. Bölgənin şimal-qərbindən İk çayı başlayır, cənubdan isə Dyoma çayı axır. Sterlya, Urşak, Tyater və Kundryak çayları axır. Başdan-başa qara torpaqla örtülü olsa da, talalar şəklində olsa da tünd boz meşə torpaqlarına rast gəlinir.
Bişelye
Bişelye (it. Bisceglie) — İtaliyanın Apuliya regionunda şəhər.
Bişevo adası
Bişevo adası(xorvatca Biševo, çakavi dilində — Bisovo)- Əhəng daşından təşkil olunmuş Xorvatiya adasıdır. Ada Adriatik dənizində yerləşir. Ada inzibati cəhətdən Split-Dalmasiya regionuna daxildir. == Coğrafiyası == Adanın ümumi sahəsi-5,91 km², uzunluğu təxminən 5 km, ölçüləri təxminən 4,6 × 2,2 km, sahil uzunluğu isə 18147 km-dir. Adanın sahili daşlıqdır. Burada çoxlu sayda körfəz və buxtalar, mağaralar yerləşmişdir. Ada Vis adasından minimum 4,2 km cənubda yerləşmişdir. Adanın ən yüksək nöqtəsi Strajeniça dağıdır. (239 m) Adanın mərkəzi hissəsində münbit torpaqlar üstünlük təşkil edir. Adanın şimal hissəsində isə şam ağacları üstünlük təşkil edir.
Bişirmə banan
Bişirmə banan (lat. Musa ×paradisiaca), Plantin və ya Plantan- Meyvələri ümumiyyətlə yemək bişirmədə istifadə olunan banan cinsindəki banan becəriciləridir. Bişirmə bananları Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada və Cənubi Amerikanın şimalında əsas qida maddəsidir.
Bişkek
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Bişkek Han
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Bişkek Xan
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Bişkek gerbi
Bişkek şəhərinin gerbi (qırğ. Бишкек шаарынын герби) — Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərinin rəsmi simvolu. Şəhərin tarixi əhəmiyyətini və inkişafını əks etdirən gerb 1994-cü ildə təsdiq edilmişdir. == Təsviri == Bişkek şəhərinin gerbində bir qalanın düzbucaqlı bir silueti təsvir olunmuşdur. Qalanın altında dağları təsvir edən xəttlər var, onların altında isə "Bişkek" yazısı böyük hərflərlə yazılmışdır. Qalanın divarında içərisində ağ rəngdə qar bəbiri təsvir olunan olan bir kvadrat mövcuddur. == Tarixi == === Pişpek gerbi === Pişpek (Bişkekin keçmiş adı) şəhərinin gerbi 19 mart 1908-ci il tarixində Rusiya çarı tərəfindən təsdiqlənmişdir. Gerbin əsas hissəsi ətrafında Aleksandr lenti ilə bağlanmış iki buğda olan göy rəngli Fransa qalxanından ibarətdir. Qalxan üç dişli qüllə şəklində bir taclandırılır. Bu, ümmumiyyətlə, Rusiya imperiyası tərkibindəki mahal qəsəbələrini təmsil edirdi.
Bişkek protokolu
"Bişkek protokolu" — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəd. Bunun nəticəsində 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olunmuşdur. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994-cü ilin mayında imzalanmışdır. Sənədin imzalanması ilə bağlı fərqli iddialar mövcuddur. == Birinci iddia == Daha dəqiqi sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdur. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdir. Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib çıxmışdır. Həmin sənədin əslinin hazırda Rusiya Federasiyasının XİN arxivlərində saxlanıldığı güman edilir. Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirmişdir.
Bişkek şəhəri
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Bişkək
Bişnupriya-manipuri
Bişnupriya və ya Bişnupriya-manipuri (BPM) (বিষ্ণুপ্রিয়া মণিপুরী) - Hind-ari dillərindəndir, Hindistanın Assam, Tripura və Manipur əyalətlərinin bəzi hissələrində, habelə Banqladeşin Silhet məntəqəsində və Birmada danışılır.
Bişoco
Yapon populyar mədəniyyətində bishōjo (美少女, hərf. "beautiful girl") həmçinin bishojo və ya bishoujo kimi romanlaşdırılmış sevimli qız obrazıdır.
Bişofit
Bişofit — mineral, MgCl2 6H2O == Haqqında == Bişofit - Monoklinik. Kristalları qısaprizmatik, vərəqvari, lifli. Aqreqat - torpaqvari-kristallik. Rəngsiz. Parıltısı şüşəli. Sərtliyi 1-2. Xüsusi çəkisi 1,604. Dadı kəskin acı. Mg-la zəngin sulfat tipli duz yataqlarında. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Bişonen
Bişonen (yap. 美少年 bişo:nen, "gözəl oğlan") — ideal gözəl oğlan mənasını verən yapon sözü.
Bişonlar
Bişonlar – cırtdan, uzun tüklü it cinsləri qrupu. Bişonların vətəni Aralıq dənizi ölkələridir; oradan zadəganların pərəstiş etdiyi obyektə çevrilərək bütün dünyaya yayılmışlar. == Məlumat == Müxtəlif ölkələrin hökmdarları bişonları bir-birinə hədiyyə etmiş və onlardan oxşar əlamətləri olan yerli cırtdan cinslər yetişdirilmişdir. Bu cür beynəlxalq seleksiya nəticəsində müasir bişonlar formalaşmışdır. Şən, nəvazişli, ağıllı, sahibinə sadiq bişonlar çox ünsiyyətlidir. Bişonların əksəriyyəti tükünü tökmür, lakin müntəzəm qulluq tələb edir. Bişonlar uzun ömürlüdür, 17–18 il yaşayır. Mal-tabolonaları (malteze) qrupda ən qədim cinsdir. Əsli dəqiq məlum deyil. Maltezeyəbənzər itlər Qədim Misirlilərin, yunanların və romalıların başdaşıları və saxsı qabların üzərində təsvir olunmuşdur.
Bişopbriqqs
Bişopbriqqs (ing. Bishopbriggs) — Şotlandiyada şəhər.
Bişr ibn Bəra
Bişr ibn Bəra (ərəb. بِشْرِ بْن بَراء‎; I minillik – 628) — Məhəmməd peyğəmbərin səhabəsi. Xəzrəc qəbiləsinin Sələməoğulları (Bənu Sələmə) qolundandır. Atasının adı Bəra ibn Mərur və anasının adı Halise binti Kays olmuşdur. Hicrətdən əvvəl atası Bəra ibn Mərur müsəlman olur. Bişr ibn Bəra Bədr, Uhud və Xəndək kimi əksər döyüşlərdə iştirak etmişdir. Bişr ibn Bəra Xeybər döyüşündə (hicrətin yeddinci ili) bir neçə səhabə ilə bir yəhudi qadının Peyğəmbərə (s) gətirdiyi zəhərli əti yeyərək zəhərləndiyi barədə şayiələr var.
Biştab (Əhər)
Biştab — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 12 km. cənub-şərqdədir.
Bişək
Bişək (Vərzəqan) — İranın Şərqi Azərbaycan ostanında kənd. Bişək (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Bişək (Vərzəqan)
Bişək (fars. بيشك‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərzəqan qəsəbəsindən 7 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (34 ailə).
Bişəsb (Sərdəşt)
Bişəsb (fars. بيشاسب‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 347 nəfər yaşayır (63 ailə).