BOOK-HUNTER

n nadir kitablar toplayan

BOOK-HOLDER
BOOK-KEEPER
OBASTAN VİKİ
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Friks və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Killıa Zoldik, Kırapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq ki, obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsində superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin ximera qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. == Baş rollarda == === Qon Friks === Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English) Qon Friks (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.
Hunter × Hunter: Phantom Rouge
Hunter × Hunter: Phantom Rouge (yaponca: 劇場版 HUNTER×HUNTER 緋色の幻影(ファントム・ルージュ), Hepbörn: Gekijō-ban Hantā Hantā: Fantomu Rūju) — Yoşihiro Toqaşinin Hunter × Hunter manqa seriyası əsasında çəkilmiş, 2013-cü ildə yayımlanan yapon animasiya filmi.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Hunter Kemper
Hunter Kemper (4 may 1976, Şarlott, Şimali Karolina) — Birləşmiş Ştatları təmsil edən triatlonçu. == Karyerası == Hunter Kemper Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 17-ci pillədə başa vurdu. Daha sonra Hunter Kemper Birləşmiş Ştatları 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 9-cu pillədə başa vurdu. Növbəti dəfə Hunter Kemper Birləşmiş Ştatları 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 7-ci pillədə başa vurdu. Dördüncü dəfə Hunter Kemper Birləşmiş Ştatları 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 14-cü pillədə başa vurdu.
Hunter × Hunter: The Last Mission
Hunter × Hunter: The Last Mission (yaponca: 劇場版 HUNTER×HUNTER -The LAST MISSION-, Hepbörn: Gekijō-ban Hantā Hantā: Za Rasuto Misshon) — Keiiçiro Kavaqıçinin rejissorluq etdiyi 27 dekabr 2013-cü il tarixli anime filmi. Film Yoşihiro Toqaşinin Hunter × Hunter adlı manqası əsasında çəkilmiş ikinci filmdir.
Hunter × Hunter (anime serialı, 1999)
Hunter × Hunter — 1999–2001-ci illərdə yayımlanan, Yoşihiro Toqaşinin eyniadlı manqası əsasında hazırlanmış anime serialı. Serialın hekayəsi Qon Friks adında yeniyetmə oğlanın ölmüş bildiyi atasının əslində sağ və məşhur ovçu olduğunu öyrənməsi və onu tapmaq üçün müxtəlif macəralara atılmasını, atası kimi ovçu olmaq istəməsi və bu yolda yaşadıqlarından bəhs edir.
Hunter × Hunter (anime serialı, 2011)
Hunter × Hunter — 2011–2014-cü illərdə yayımlanan, Yoşihiro Toqaşinin eyniadlı manqası əsasında hazırlanmış anime serialı. Serialın hekayəsi Qon Friks adında yeniyetmə oğlanın ölmüş bildiyi atasının əslində sağ və məşhur ovçu olduğunu öyrənməsi və onu tapmaq üçün müxtəlif macəralara atılmasını, atası kimi ovçu olmaq istəməsi və bu yolda yaşadıqlarından bəhs edir. Seriyanın yeni animesi 24 iyul 2011-ci il tarixində elan edilmişdi. Sözügedən animenin 1999-dakı serialla əlaqəsi yoxdur və hekayəni başdan təsvir edir.
The Yellow Book
The Yellow Book (azərb. Sarı kitab‎) — 1984–1997-ci illərdə Londonda nəşr olunan rüblük ədəbi jurnal idi.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Nömrənin tərkibi == Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
The Book Of Souls
The Book of Souls, ingilis heavy metal qrupu Iron Maidenin 16-cı studiya albomu. 11 kompozisiyadan ibarət olan qrupun birinci ikiqat albomudur. 92:11 dəqiqəlik albom, qrupun tarixində ən uzun müddətli albomdur. Bundan başqa, albom qrup tarixinin studiya albomları arasında ən uzun ara verilərək çıxaran albomdur. (Sonuncu albom "The Final Frontier" 2010-cu ildə çıxarılmışdır). Albomda olan "Empire of the Clouds" adlı mahnı isə 18 dəqiqəylə qrup tarixinin ən uzun mahnısıdır. == Albom haqqında == On altıncı studiya albomu haqqında qrupun planları ilk dəfə 2013-cü ilin sentyabr ayında Bryus Dikinsonun albomun 2015-ci ildə çıxacağını deməsiylə məlum oldu. Dikinsonun xərçəng şişindən müalicə almasıyla əlaqədar albomun buraxılışı 18 iyundan 4 sentyabra təxirə salınmışdır.
Vampire Hunter D: Bloodlust
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Personajlar == == Xarici keçidlər == Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.