BOZ
BOZ
OBASTAN VİKİ
Boz çiltoyuq
Boz çəkçəki
Boz çəkçəki (lat. Saxicola ferreus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Boz ördək
Boz ördək (lat. Mareca strepera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin mareka cinsinə aid heyvan növü.
Boz şam
Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir.
Boz şkala
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Boz şoran
Boz şoran - (lat. Salsola cana C. Koch.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsiqısa tüklərlə örtülü, 20-35 sm hündürlükdə, gümüşü –bozumtul yarımkolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1-2 mm enində, növbəli xətvari, yarımsilindrik, sərtvari, kütvari, sıx, qısa, ağımtıl-boz tüklərlə örtülü, vegatasiyanın sonunda çılpaqdır. Çiçəkaltı yarpaqlar bir qədər kiçikdir; çiçəkaltlıqları geniş, çiçəə bərabər və ya çiçəkdən bir qədər uzundur. Toxumları şaquli və ya çəpdir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü sentyabr-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır.
Boz şorangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz. == Azərbaycanda yayılması == Naxçıvan düzündə adətən az və ya çox şoranlaşmış quru gilli və ya gilli-daşlı yamaclarda təbii yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Duzlaşmış gilli-daşlı yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 20-35 sm, bozumtul rəngli, budaqlı yarımkoldur. Yaşlaşmış budaqları oduncaqlı, cavan birillik zoğları tez sınan, bozumtul-sarı, xırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaqları oturaq, xətvari, növbəli, yarımsilindrik, codtəhər, küt, ağımtıl-boz tükcüklərlə sıx örtülmüşdür.
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır.
Boz canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Boz cinsliot
Boz cinsliot == Təbii yayılması == Aralıq dənizinin qərb hissələrində,Orta Avropada,İranda,Monqolustanda,Yaponiyada və Çində yayılmışdır.İlk dəfə Tatarıstan və Moraviyada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 30-50 sm olan qollu-budaqlı yarımkoldur.Gövdələri nazik çubuqvari,bozumtul rəngdədir.Yarpaqları qısa saplaqlı,xətvari,lansetvari,tamkənarlıdır.Çiçəkləri qısa boylu,sıx sünbüllərə yığılmışdır.Çiçəkaltlıqları dişi çiçəklər boyu üzrə bitişik,uc tərəfi dişvaridir.İyul-avqust aylarında çiçəkləyir.Meyvəsi yumurtavari,3 mm uzunluğundadır,sentyabr-oktyabr aylarında yetişir. == Ekologiyası == Duzluluğa və quraqlığa davamlıdır.Daşlı,gilli quru yamaclarda,səhra və ya yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Naxçıvan MR-da yayılmışdır. == İstifadəsi == Yanacaq üçün istifadə olunur.Cavan budaqlarını və yarpaqlarını dəvələr,atlar və iri mal-qara yeyir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Boz dovşan
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür. == Xarici görünüşü == Bədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur.
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Boz gəvən
Boz kardinal
Boz kardinal (fr. Éminence grise — boz ucalıq) — "pərdə arxasında" qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul verən və ya məsləhətçi. == Etimologiya == XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdır. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyönü dəvət edir. O tez bir zamanda kral hakimiyyətini gücləndirərək ölkənin inkişafına başlamasına nail olur, bu vəzifədə ölümünə qədər 18 il qalır. Kardinal əslində dini bir vəzifə idi-kardinallar katolik kilsəsində Roma papasından sonra ən yüksək vəzifəli şəxslərdir. Roma papasını məhz onlar seçirlər. XIII əsrdən onlara qırmızı papaq və qırmızı geyim geyinmək göstərişi verilmişdir. Bu, onların son damla qanlarınadək kilsəni müdafiə etməli olduqlarını simvolizə edirdi. Xarakterik geyiminə görə Fransada xalq arasında Rişelyöyə "qırmızı kardinal" adı verilmişdir.
Boz kefallar
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Boz kəklik
Boz kəklik (lat. Perdix perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin kəklik cinsinə aid heyvan növü. == Təsviri == Erkək və dişi fərdin rəngi oxşardır. Başı qonur, boynu boz, beli və qurşağı qəhvəyi-bozdur. Dimdiyi zəifdir, gözlərinin ətrafı pas rəngli tüklə örtülüdür, qanadları gödək, dairəvi, quyruğu qısadır. Qarın hissəsində şabalıdı rəngdə, nal şəklində ləkə vardır. Bədəninin yanlarında açıq-qəhvəyi rəngli köndələn yerləşən zolaqlar vardır. Dimdiyi boz, ayaqları yaşıl. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanın Şimal-Şərqində yayılması Dağıstan sərhəddinə qədər uzanır, Cənub-Şərqdə Şabranda qurtarır, Böyük Qafqazın cənub ətəklərində Şəki rayonu ərazisindən başlayıb Şamaxıya qədər uzanır, Mingəçevir su anbarının ətrfarındakı bozqır qurşağından Ağstafa rayonu ərazisinə qədər uzanır, Naxçıvanın Nehrəmdağ ərazisində də yayılıb.
Boz marmot
Boz marmot (lat. Marmota baibacina) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Tyan-Şan və Altay dağlarında yayılmışdır.
Boz mazama
Boz mazama (lat. Mazama gouazoubira) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Boz oxlar
Boz palazqulaq
Boz palazqulaq (lat. Plecotus austriacus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görünüşcə qonur palazqulağa çox oxşayır, tüklərində boz rəngin olması ilə ondan fərqlənir. == Yayılması == Arealı Avropanı, Şimali Afrikanı əhatə edərək, Fələstindən və Kiçik Asiyadan keçməklə Qərbi Çinə qədər uzanır. Qafqazda boz palazqulaq mozaik şəklində yayılmışdır. Azərbaycanda ilk dəfə 1981-ci ildə Qusar rayonunun Anıx kəndində 1100 m hündürlükdə tapılmışdır.
Boz peloziya
Boz peloziya -(lat. Pelosia muscerda) Buğumayaqlılar tipinin Pulcuqqanadlılar dəstəsinin Ayıcalar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 14–15 mm-dir. Ön qanadları açıq-boz rəngdə olub, üst tərəfində köndələn yerləşən qara nöqtələr, arxa tərəfində isə iki qara nöqtə vardır. Arxa qanadları boz-sarı bədəni boz rəngdədir. Tırtılı qonuru-qara, üzəri qonur tüklərlə örtülü olub, bel və yan xəttləri qaradır. I və XII seqmeti üzərində tünd qırmızı ləkələr vardır. == Həyat tərzi == Nadir növdür. Kəpənəyi yay və payız aylarında uçur. Ədəbiyyat məlumatlarına görə kəpənəklərinə iyul və avqust aylarında da təsadüf edilir.
Boz qarğa
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460—735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Boz qaz
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Boz qonurqanad
Xallı qonurqanad, Boz qonurqanad, Qızılxallı qonurqanad (lat. Pluvialis squatarola) — Çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Boz qovurma
== Tərkibi == Qoyun əti – 163q, Ərinmiş yağ – 30q, Baş soğan – 50q, Zəfəran – 0,1q, Keşniş – 15q Şüyüd – 15q, Duz – zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti 15-20 qramlıq tikələrə doğranılır, duzlanılır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üzərinə göyərti səpilir.
Axund Bozavənd
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Az humuslu ibtidai çəmən-boz torpaqlar (Orta Kür depresiyası)
Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir. == İqlimi == Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir. == Morfo-genetik xüsusiyyətləri == Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər. Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı. Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi.
Ağ və boz maddələr
Ağzıbir (Bozdağ) palçıq vulkanı
Ağzıbir (Bozdağ) palçıq vulkanı -Xəzər dənizi sahilində Ələt Körpü qəsəbəsindən 17 km cənubda, Xıdırlı qəsəbəsindən 4,5-5 km cənub-şərqdə yerləşir. == Ümumi məlumat == Ondan şimal-şərqə Hamamdağ, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bozdağ və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanmaqla nida şəkillidirlər. Ağzıbir palçıq vulkanının geoloji quruluşunda Məhsuldarqat, Ağcagil, Abşeron və Dördüncü dövr çöküntüləri iştirak edir. Bu vulkan Bəndovan antiklinal quruluşunun catmavari hissəsində yerləşir. O, həmin quruluşun şimal-qərb periklinal hissəsinə uyğun gəlir. Bu tektonik quruluşun istər şimal-qərbdən cənub- şərqə doğru və istərsə də qərbdən-şərqə doğru uzanan tektonik sınmalarla kəsilir. Sonuncuların mürəkkəbləşdiyi hissədə də Ağzıbir palçıq vulkanı yaranmışdır. Öz geomorfoloji quruluşuna görə Ağzıbir palçıq vulkanı on xarakter vulkanlardan biridir. Antiklinal quruluşun ox hissəsinə yaxın zonalarda yerləşmiş vulkan ocaqları onun çatma hissəsini xeyli sahədə parçalamışdır.
Boza
Boza — darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6–7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir. == Tarixi == Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır. Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: "Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir. Onalr dikidən hazırlanan bu içkiyə "buza" (boza) deyirdilər".
Bozabdal
Bozabdal, Bzovdal, Bzobdal, Bzovdərə — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Kirovakan şəhərindən 5 km şimal-qərbdə, Pəmbək çayının sol sahilində, Bozabdal dağının ətəyində yerləşir. Erməni mənbələrində Bzovdal, Qafqazın 5 verstlik xəritəsində Bzobdal, Bzovdərə kimi qeyd edilmişdir. Toponim türk mənşəli boz və abdal etnonimlərinin birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bazum qoyulmuşdur.
Bozagil
== Toponimik izah == Bozdağ (Bozağıl) — Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır. == Geomorfologiyası == Sədərək rayonu ərazisində dağ (hünd. 1182,7 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında, Bağırsaqdərəçayın aşağı axımında, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərq qurtaracaqında zirvə. Dəmirçilər kəndindən 7 km şimaldadır. Təpəsi Alt Karbon (Bozdağ lay dəstəsi) və Üst Perm (Qızılqaya lay dəstəsi) yaşlı əhəngdaşılardan təşkil olunmuş, şimala doğru alçalan günbəzvari yüksəklikdir. Yamaclarında Alt Karbona aid Dizə və Goranqalası lay dəstələrinin, cənub ətəyində isə Üst Devona aid Payadərə lay dəstəsinin əhəngdaşıları açılır. Hər tərəfdən Üst Miosen və Pleystosen çöküntüləri ilə əhatə olunmuşdur.
Bozalaq
Bozalaq (lat. Lepidium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 10-52 sm olan qısa tüklü, çoxillik bitkidir. Gövdəsi düz, dar kantlı, yuxarısı qalxanvari budaqlıdır. Daralaraq saplaq əmələ gətirən kökyanı və aşağı gövdə yarpaqları lirayabənzərlələkvari bölünmüşdür, yuxarı yarpaqları oturaq, oturacaqdan oxvaridir. Çiçəkqrupu sıx qalxanvaridir, kasayarpağı çılpaq, ləçəkləri 3 mm, ağdır. Buynuzcuq meyvələri uzun, üfüqi aralanmış ayaqcıqlar üstündə, uzunluğu 2.5-3.5 mm, eni 3.5–5 mm, enli, yumurtavari, oturacaqdan ürəkvari, tayları bir qədər köpmüş açılmayandır. Aprel mayda çiçəkləyir, may-iyunda (iyulda) meyvə verir. == Mənşəyi və yayılması == Bozalaq kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələrində, Suriya, Fələstin, İran, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.
Bozalqanlı
Bozalqanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Toponim Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türkdilli bozal/bizal və qanqlı/kanqlı tayfalarının adı ilə əlaqədardır. Etnotoponimdir. Mənbələrdə bu oykonim Boz Bozalqanlı variantında da qeydə alınmışdır. Eyni zamanda, bozalğan yabanı bitki adıdır. == Tarixi == Bozalqanlı Azərbaycanın qədim tarixə malik kəndlərindən biridir. XVII əsrə qədər Bozalqanlı kənd əhalisi Kür çayının sol sahilindəki Şavadın meşəsinin alt hissəsində məskunlaşmışlar. Sonralar Kür çayının sağ sahilindəki Çayqarışan deyilən ərazinin (Qışlaq) yaxınlığına, indiki Hunanlar kəndinin şimal-şərqinə köçmüşlər. İndiki Ceyrançöl ərazisində bozalqanlıların 40 ədəd qoyun yatağı olmuşdur.
Bozaqgülü
Bozaqgülü (lat. Phlomis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Bioloji xüsusiyyətləri == Bütöv lanset və oval yarpaqlı, ziqomorflu çiçəkli çoxillik bitki. Çiçəkləri gövdənin yuxarı hissəsində yerləşir. Yayın ortasında çiçəkləyir. Avropa, Asiya və Afrikada çöl,dağ ətəyi və çəmənliklərdə bitir.
Bozaqgülünəbənzər sığırquyruğu
Bozaqgülünəbənzər sığırquyruğu (lat. Verbascum phlomoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Flomosia phlomoides (L.) Raf. Thapsus phlomoides (L.) Opiz Verbascum saxatile Salisb. Verbascum thapsiforme subsp. phlomoides (L.) Corb.
Bozar
Bozar (fr. beaux-arts – “təsviri sənət”) – XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Bozarqanlı
Bozalqanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Toponim Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türkdilli bozal/bizal və qanqlı/kanqlı tayfalarının adı ilə əlaqədardır. Etnotoponimdir. Mənbələrdə bu oykonim Boz Bozalqanlı variantında da qeydə alınmışdır. Eyni zamanda, bozalğan yabanı bitki adıdır. == Tarixi == Bozalqanlı Azərbaycanın qədim tarixə malik kəndlərindən biridir. XVII əsrə qədər Bozalqanlı kənd əhalisi Kür çayının sol sahilindəki Şavadın meşəsinin alt hissəsində məskunlaşmışlar. Sonralar Kür çayının sağ sahilindəki Çayqarışan deyilən ərazinin (Qışlaq) yaxınlığına, indiki Hunanlar kəndinin şimal-şərqinə köçmüşlər. İndiki Ceyrançöl ərazisində bozalqanlıların 40 ədəd qoyun yatağı olmuşdur.
Bozavand
Bozavand — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bozavənd Ağsu rayonunda kənd. Ağsu çayının sahilindən 2 km. aralı, Şirvan düzündədir. Yaşayış məntəqəsinin adı XIX əsrdə Şamaxı rayonu ərazisindəki Pir İsfahan dağında yaşamış 64 ailədən ibarət bozavənd, tayfasının adı ilə bağlıdır. İsmayıllı rayonunım Mollaisaqlı kəndi ilə Goyçay çayı arasında Bozavənd meşəsi adlı yer də vardır. == Din == Kənddə Bozavand kənd məscidi dini icması fəaliyyət göstərir.
Bozavand bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bozavənd
Bozavənd — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Bozax qoyunu
Bozax qoyunu — Qoyun cinslərindən biri. Qərbi Azərbaycanda, qismən şərqi Gürcüstan və Ermənistanın bir sıra rayonlarında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri sayılır. Vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmişdir. Bu cins qoyunların diri çəkisi əsasən 50–65 kq-a qədər olur. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. səh. 596.
Bozayaq tinamu
Bozayaq tinamu (lat. Crypturellus duidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.

Digər lüğətlərdə