f. 1. Boz rəng almaq, bozlaşmaq.
Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. M.S.Ordubadi.
// Solmaq, rəngi qaçmaq, rəngi getmək.
Qızın rəngi gül kimi bozarmışdı. M.Hüseyn.
2. Yetişməyə başlamaq, biçilmək (dərilmək) vaxtı çatmaq. Arpalar bozarmışdır. Qarpızlar yavaş-yavaş bozarır.
3. Çiskinləşmək, tutqunlaşmaq; soyuqlaşmağa başlamaq, duman və soyuq olmaq.
Havalar bozarmışdır; Ağ saqqallı qış gəlir. S.Rüstəm.
Payız fəsli olduğu üçün hava yaman bozarmışdı. P.Makulu.
// Yaxınlaşmaq, əlamətləri görünməyə başlamaq.
Payız bozarır, dağüstü şəhərinin özündə və ətrafında meşələrdə ağaclar lütləşir. S.Rəhimov.
4. Bişməyə, qovrulmağa başlamaq. Ət lap bozarıb, indicə xörək hazır olacaq.
5. məc. Üzə qabarmaq; hörmətsizcəsinə, ədəbsizcəsinə, qabacasına cavab vermək, acıqlanmaq.
Həsənov yenə bozarmaq istəyir, lakin cəsarət etməyib susur. M.İbrahimov.
Tahir dostunun yanında pərtliyini gizlədə bilməyib, anasının üstünə bozardı… M.Hüseyn.
◊ Qızarıb-bozarmaq – bax
qızarmaq.