New York metropol regionu
New York metropoliteni (ingilis dilində: New York metropolitan area) ABŞ-nin başda ölkənin ən böyük şəhəri olan New York olmaqla, Nyu-York ştatının cənub hissəsini Nyu-Cersi, Konnektikut və Pensilvaniya əyalətlərinin bir hissəsini əhatə edən metropoliya sahəsidir. Sahəsi 34,490 km² olan bu bölgənin əhalisi 2015-ci ildə 23,723,696 nəfərdir və Şimali Amerikanın ən böyük metropoliya ərazisidir.
Nyu-York metropoliya sahəsi, maliyyə, beynəlxalq ticarət, media, daşınmaz əmlak, təhsil, moda və əyləncə, turizm, biotexnologiya və istehsal kimi bir çox sahələrin mərkəzi kimi dünyanın ən vacib iqtisadi bölgələrindən biridir. 2012-ci ildəki məlumata görə ÜDM-i 1.55 trilyon ABŞ dolları təşkil etmişdir.
ABŞ-nin ən böyük sənət muzeyi olan Metropolitan İncəsənət Muzeyi də bu ərazidə yerləşir.