BƏNZƏTMƏK

f.
1. Oxşatmaq.
Bənzətməz anın yüzini ayə Nəsimi, sor nədən. Nəsimi.
Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə. Füzuli.

2. Yanılıb bir şeyi başqa bir şey zənn etmək, yanılıb oxşatmaq. Sizi müəlliminizə bənzətdim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏNZƏTMƏK bənzətmək bax oxşatmaq
BƏNZƏTMƏ
BƏNZƏYİŞ

Digər lüğətlərdə