CÜCƏ

is. Toyuq balası.
Əlimi hinə soxub, suyun içindən cücələrin cəmdəklərini bir-bir çıxartdım. A.Şaiq.
[Hörmət] həmişə cücə və yumurta satmaqla da çörək pullarının bir qismini çıxarardı. Ə.Sadıq.

◊ Cücə kimi – balaca, xırdaca, cılız, sısqa. Cücə kimi qız.
– Üst-başı toz-torpaq içində, qısaboylu, cücə kimi sısqa və iri çopur burnu qırmaq kimi əyri bir topal yumaq kimi yumalana-yumalana içəri girdi. M.Rzaquluzadə.

◊ İslanmış cücə kimi – çox acınacaqlı, zavallı, yazıq görkəmi olan adam haqqında.
…Arıq adam islanmış cücə kimi büzüşüb danışığına peşman oldu. M.Hüseyn.

Etimologiya

  • CÜCƏ Bir yozuma görə, cocuq sözü ilə qohumdur və “kiçik” mənasını əks etdirir. Baş­qa yozuma görə, təqlidi sözdür (cücənin çıxardığı səslə bağlıdır)
CÜBBƏLİ
CÜCƏGÖZ

Digər lüğətlərdə