[Züleyxa] bir əlində bir cam su, o birində yeddi açar darvazanın arxasında durub, çərşənbə dəyişərdi.
Qumru başaqdan gətirdiyi taxıldan döyüb, bir cam arıtmışdı.
□ Cami-Cəm klas. – İran əsatirində: şərabın ixtiraçısı sayılan Cəmin [Cəmşidin] mövhumat qəbilindən olan sehirli qədəhi – klassik şeirdə adətən şərab mənasında işlənir.
[Xəyyam:] Biz güləriz batsa da şahlar yasa; Birsə məzarında gəda, padşah; Cami-Cəm olsun bizə ən son pənah!
◊ Bir cam su içmək kimi – çox asan.
[Dərviş:] Xanımcan, belə işlər mənim cadumun məqamında elə asandır, necə ki, bir cam su içmək.