CİD

ə. uzun, nazik boyun.

CİBİLLİ
CİDA
OBASTAN VİKİ
Cid (Ərdəbil)
Cid — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 30 km şimal-şərqdədir.
Cantar de mio Cid
ElCantar de mio Cid, Kastiliya cəngavəri Rodrigo Díaz de Vivar el Campeadorun həyatının son illərindən ilham alınaraq onun qəhrəmanlıqlarının nümayiş etdirildiyi müəllifi məlum olmayan bir əməl mahnısıdır. Mühafizə altında olan versiyası, mövcud tənqidçilərin əksəriyyətinə görə, 1200-cü illər ətrafında tərtib edilmişdir. Əsərdəki hadisələr rekonkista dövründə baş vermişdir. İspaniyanın milli dastanı hesab olunur. Əsər hal-hazırda orta əsrlərə məxsus əlyazma kimi İspaniya Milli Kitabxanasında saxlanılır və müvafiq olaraq 3 hissədən ibarətdir: Cantar del destierro, Cantar de las bodas və Cantar de la afrenta de Corpes.
Böyük Ciddikar
Böyük Yeddikar (3 fevral 1929, Təbriz – 18 dekabr 2013, Tehran) — Azərbaycan əsilli İran futbolçusu. Böyük Yeddikar İran futbolu tarixində xarici kluba transfer olunan ilk oyunçudur. == Həyatı == 1929-cu ilin 3 fevralında Təbriz şəhərində anadan olmuşdur. 2013-cü ilin 18 dekabrında, 84 yaşında Tehran şəhərində vəfat etmişdir. == Kareyerası == Böyük ilk dəfə qapıçı mövqeyində oynamağa başlamışdı. Onun meydan oyunçusu kimi istedada sahib olması məşqçisi Əli Danayifərd tərəfindən kəşf edilmişdi. Böyük onun təklifi ilə irəlidə sol cinah hücumçusu kimi oynamağa başlamış və qısa müddət sonra İranın ən yaxşı futbolçusuna çevrilməyi bacarmışdı. 1957-ci ildə o, Viktoriya 89 Berlin klubuna transfer olundu. Klub onunla 3 illik olmaqla aylıq 1500 alman markası məvaciblə müqavilə imzalamışdı. Lakin cəmi 9 aydan sonra atası vəfat etdi və Böyük ölkəsinə geri dönməyə məcbur oldu.
Cidaqaya (Tikantəpə)
Cidaqaya (fars. جداقيه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Cidaqaya kəndi Tikantəpə və Saraskənd şəhərlərinin arasında yerləşərək, Tikantəpədən 67 kilometr şimalda yeralıbdır. Cidaqaya Ağotaq, Arpaçayı və Ərəbşah kəndlərindən sonra, iki hündür dağın yamacında olaraq, kəndə gedən avtomobil yolu isə çox qəzalıdır. Ərazisi dağlıqdır. == Mədəniyyət == Cidaqayada bir ibtidai məktəb və məscid fəaliyyət göstərir. Kəndin keçidləri son neçə ildə daşla örtülmüşdür. Burada su, işığ və telefon var ancaq kəndlilər yanacağ baxımından əziyyət çəkirlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (37 ailə). Əhalisi Azərbaycan türklərindən ibarətdir.
Cidayubori parkı
Cidayubori parkı (次大夫堀公園, Cidayubori-koen) — Yaponiyanın Tokio şəhərinin Setaqaya rayonunun Kitami bölgəsində yerləşən parkdır.
Ciddi olmağın əhəmiyyəti (komediya)
Ciddi olmağın əhəmiyyəti və ya Ciddi olmaq nə qədər vacibdir (ing. The Importance of Being Earnest) — Oskar Vayldın komediyasıdır. Komediyanın adı kalamburdan ibarətdir. İngilis dilində "ciddi" mənasını verən Earnest sözü Ernest adı ilə eyni səslənir. Bu ad pyesdə iki obrazı təmsil edir. Onların heç bir ciddi insan deyillər. == Yazılışı və sonrakı taleyi == Əsər Vayldın 1890-cı illərin birinci yarısında "aşağı təbəqənin zövqləri naminə" yazdığı "yüksək təbəqə komediyaları" qrupuna aiddir". Əsərdəki hadisələr və personajlar dialoqun inkişafından əvvəl arxa plana keçirdi. Tamaşanın əsas hadisəsi— iki eqoist, Cek Uorting və Alcernon Monkrifin iki qızla izdivacından bəhs edir. Süjet fars və melodramatik elementlərlə doludur — məsələn, hər iki qəhrəman sevdiyi qıza özünü bəyəndirmək üçün Ernest adlı şəxs olduqlarını iddia edirlər, lakin ifşa edilirlər.
Ciddi rejimli tətil (film, 2009)
Ciddi rejimli tətil (rus: Каникулы строгого режима, Rom: Kanikuly strogogo rejima) — rejissor İqor Zaytsev tərəfindən 2009-cu ildə Rusiyada çəkilmiş macəra komediya filmidir. == Süjet xətti == Film taleyin iradəsi ilə pioner düşərgəsində dəstə başçısı çalışan iki orta yaşlı insandan Koltsov və Sumarokovdan bəhs edir. Onların ora düşməsi təsadüfi deyil. Peşəkar və hörmətli DİN əməkdaşı, iki dəfə Çeçenistanda xidmət keçmiş Koltsov ehtiyatsızlıqdan öz iş yoldaşını qətlə yetirir. Mərhumun qohumlarının təkidi ilə “qara” zonaya düşür. Həbsxanaya düşməsi nə rəhbər elitanın, nə də zeklərin ürəyincədir. Burada məhbus Sumarokovla tanış olur. Koloniya əməkdaşı Qaqarinin köməyilə həbsxanadan qaçan qaçaqlar indi pioner düşərgəsində gizlənmək məcburiyyətindədirlər.
Ciddu Krişnamurti
Ciddu Krişnamurti (ing. Jiddu Krishnamurti) — Hind əsilli filosof, yazıçı. == Həyatı == 1895-ci il 12 may tarixində Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-ci uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkmişdir və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı. 15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi. 1919-cu ildə universitetə daxil olaraq fransız və sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heçbir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi. Bundan sonra bütün dünyanı dolaşaraq insanlar ilə tanış olaraq onlarla münasibətdə olmağı qərara aldı. Hollandiya, Hindistan, Yeni Zelandiya, Cənubi Amerika, İngiltərə, Fransa, İsveçrənin müxtəlif kənd və ya bölgələrində olaraq minlərlə insanla söhbət etdi.
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Qışlaq-i Cida (Germi)
Qışlaq-i Cida (fars. قشلاق جدا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 142 nəfər yaşayır (25 ailə).
Cida adası
Cida adası (ərəb. جزيرة جدة‎) — Fars körfəzində Bəhreynə aid olan qayalı, yaşayış olmayan ada. Manama şəhərindən 18 km qərbdə, Umm es-Sabban adasından qərbdə və 1,75 km uzunluğunda bəndlə bağlandığı Umm-an-Nasan adasının şimalında yerləşir. Əvvəllər dövlət həbsxanası kimi fəaliyyət göstərən adada daş karxanası olmuşdur, hazırda istirahət zonası kimi fəaliyyət göstərir. İnzibati cəhətdən Şimal muhafazasına aiddir. Əsasən ada əhəngdaşı qayalarından ibarətdir. Adadan kəsilmiş qaya bloklarının Bəhreyn adasındakı Barbar məbədində istifadə edildiyi güman edilir.
Ciddi rejimli tətil
Ciddi rejimli tətil (rus: Каникулы строгого режима, Rom: Kanikuly strogogo rejima) — rejissor İqor Zaytsev tərəfindən 2009-cu ildə Rusiyada çəkilmiş macəra komediya filmidir. == Süjet xətti == Film taleyin iradəsi ilə pioner düşərgəsində dəstə başçısı çalışan iki orta yaşlı insandan Koltsov və Sumarokovdan bəhs edir. Onların ora düşməsi təsadüfi deyil. Peşəkar və hörmətli DİN əməkdaşı, iki dəfə Çeçenistanda xidmət keçmiş Koltsov ehtiyatsızlıqdan öz iş yoldaşını qətlə yetirir. Mərhumun qohumlarının təkidi ilə “qara” zonaya düşür. Həbsxanaya düşməsi nə rəhbər elitanın, nə də zeklərin ürəyincədir. Burada məhbus Sumarokovla tanış olur. Koloniya əməkdaşı Qaqarinin köməyilə həbsxanadan qaçan qaçaqlar indi pioner düşərgəsində gizlənmək məcburiyyətindədirlər.
Ciddə müqaviləsi (1927)
Ciddə müqaviləsi, formal olaraq Əlahəzrət və Hicaz Kralı Əlahəzrət və Nəcd və Onun Asılı Əraziləri arasında Müqavilə — Birləşmiş Krallıq ilə İbn Səud arasında 1927-ci ildə imzalanmış müqavilə. 20 may 1927-ci ildə Birləşmiş Krallıq adından Ser Gilbert Kleyton ilə Hicaz və Nəcd krallığı adından şahzadə Feysəl ibn Əbdüləziz tərəfindən imzalanmışdır. Müqavilə 1915-ci il Darin müqaviləsini əvəz etmişdir.