CIRMAQLAMAQ

f. Cırmaq atmaq, dırnağı ilə dərisini qopartmaq.
[Murtuz:] Axı pişiyi dara qısnarsan, qayıdıb adamın üzünü cırmaqlar. Ə.Abbasquluyev.
Əbiş paketi görər-görməz vəhşi bir hərəkətlə onun əlini cırmaqlayıb paketi çaldı… S.Rəhimov.

◊ Bir-birini cırmaqlamaq – bir-birilə dalaşmaq, yola getməmək, cırmaqlaşmaq.
Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, bir qoca kişinin qucağındayam. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CIRMAQLAMAQ cızmaq

Etimologiya

  • CIRMAQLAMAQ Kökü cırmaq feilidir, -maq şəkilçisi onu məsdərə çevirib. Mən­bə­lərdə tarma (когти, лапа), tarmaq (царапать) sözləri də mövcuddur
CIRMAQLAMA
CIRMAQLAŞMA

Digər lüğətlərdə

атама́нша гидроу́зел задро́гнуть напластова́ться некульту́рно непредусмотри́тельно оби́дчивость пари́льщик вы́брести канони́рский межбро́вье суста́вчик тиснёный уголо́вщица исполать кафизма хлемза entirety imbricate stultiloquence swingeing trade acceptance well-proportioned ковкость росчерк