1. is. Çox sürtülməkdən, toxunmaqdan, bir şeyə dəyməkdən, yaxud döyülməkdən dəridə əmələ gələn sərtlik, qalınlıq; qabar. Əlləri döyənəkdir. İri ayaqqabı ayaqlarda qabar və döyənək əmələ gəlməsinə səbəb olur.
– İllərlə isti küləklərin, qara yellərin, quraq havaların vurduğu sillə, şapalaqların döyənək yeri sağalırdı.
□ Döyənək olmaq – döyənək əmələ gəlmək.
Gündə yüz yol vurardılar dəyənək; Sağrısı sərbəsər olub döyənək.
Qoca döyənək olmuş əlini irəli uzatdı.
2. sif. Çox gəzilib tapdalanmış yer; çox döyəcləməkdən, sürtünməkdən, tapdalanmaqdan, yaxud quraqlıqdan bərkimiş yer; tapdaq. Çox ayaqlanmaqdan bağlar döyənək olmuşdur.
◊ Döyənəyini basmaq (tapdalamaq, ayaqlamaq) – birini ən çox narahat edən, ən çox ağrıdan, incidən, ən çox toxunan şey haqqında.
Bayram sanki bəyin ən nazik yerindəki döyənəyi ayaqlayıbmış.