DÜZÜLMƏK

f.
1. Sıra ilə ipə və s.-yə keçirilmək. Muncuqlar ipə düzüldü.
2. Müəyyən bir tərtib və qayda ilə bir yerə qoyulmaq, yerləşdirilmək. Uşaqlar boylarına görə düzüldülər.
– Taxçalara düzülübdü bir neçə samovar, sandıqca … və xırdavat şeylərdən. C.Məmmədquluzadə.
Ləməyə iki çin əlvan-zərli çini kasa və boşqab düzülərdi. H.Sarabski.
Zala şəhərdən gətirilmiş yumşaq stullar düzülmüşdü. Ə.Məmmədxanlı.

// Müəyyən bir qayda ilə durmaq, dayanmaq, yerləşmək.
Rüxsarına qoşa xallar düzülüb; Yoluna baxmaqdan canım üzülüb… Q.Zakir.
Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin; Düzülüb gözlərinin dövrünə müjgan səf-səf. S.Ə.Şirvani.

DÜZÜLMƏ
DÜZÜLÜ

Digər lüğətlərdə