DÜZLƏNDİRİCİ

is. tex. Dəyişən elektrik cərəyanını sabit cərəyana çevirən alət, cihaz. Müasir elektrotexnikada dəyişən cərəyanın sabit elektrik cərəyanına çevrilməsinə olan ehtiyac günü-gündən artır.
Bu məqsədlə işlədilən qurğulara düzləndirici deyilir. H.Abdullayev.

DÜZLƏMƏK
DÜZLƏNDİRİLMƏ
OBASTAN VİKİ
Düzləndirici
Düzləndirici — elektrik enerjisinin çeviricisi; dəyişən cərəyanı sabit cərəyana çevirmək üçün nəzərdə tutulmuş mexaniki, elektrovakuum, yarımkeçirici və ya digər cihazdır. Əksər düzləndiricilər sabit deyil, pulsasiya edən cərəyan yaradır; dalğaları hamarlamaq üçün filtrlər istifadə olunur. Əks funksiyanı yerinə yetirən cihaz — sabit cərəyanı dəyişən cərəyana çevirən — invertor adlanır.
İdarəolunan silikon düzləndirici
idarəolunan silikon düzləndirici (SCR) 1. (silicon controlled rectifier, кремниевый управляемый выпрямитель, silikon kontrollü doğrultucu)-sabit cərəyan üçün bloklayıcı açar kimi fəaliyyət göstərən elektron komponent.2. Ekran qoruyucusu (SCREEN SAVER) fayllarının uzantısı. Windows əməliyyat sistemində . SCR faylı . EXE faylı kimidir, sadəcə, o, ekran qoruyucusu kimi quraşdırıla bilər; hesab edilir ki, o, ekranda qrafika əks etdirəcək. İnsanların aldanaraq ziyanverici proqramları başlatmaları üçün belə bir praktika geniş yayılıb: həmin proqramlara . EXE uzantısı deyil (çünki bu faylları hamı tanıyır), . SCR uzantısı verilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,750 s.

Digər lüğətlərdə