DƏMBƏDƏM

zərf [ fars. ] Saatbasaat, anbaan; hər ləhzə, hər dəqiqə, hər vaxt, daim; getdikcə.
Dəmbədəm nalə qılıb hiç həvadən düşməz; Ney təki sineyi-üşşaq nəvadan düşməz. S.Ə.Şirvani.
Getdi o qiymətlicə saətlərim; Dəmbədəm artır daha zəhmətlərim. A.Səhhət.
Onlar … gün-gündən cəhalət dəryasına qərq olmaqdadırlar, … dəmbədəm, saatbasaat tənəzzül etməkləri müşahidə olunur. F.Köçərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏMBƏDƏM saatbasaat — anbaan — hər vaxt

Etimologiya

  • DƏMBƏDƏM İlkin mənası “vaxtdan vaxta” kimi anlaşıla bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DƏMAĞAC
DƏMBƏR

Digər lüğətlərdə