DƏMROVOTU

is. bot. Təbabətdə işlənən çoxillik şirəli ot bitkisi. Dəmrovotu çoxillik bitki olub 70 sm hündürlükdə budaqlı gövdəyə malikdir.
Bütün hissələrində çəhrayı rəngli süd şirəsi vardır. R.Əliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏMROVOTU dəmrovotu bax Ziyilotu
DƏMROVLU
DƏMSAZ
OBASTAN VİKİ
Dəmrovotu
Dəmrovotu (lat. Chelidonium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Dəmrovotu bitkisi laləkimilər Papaveraceae fəsiləsinə aid çoxillik ot bitkisidir. Təbii şəkildə Avropa və Aralıq dənizi, Amerikada rast gəlinir. Müasir fikirlərə görə bu bitkinin yeganə növü böyük dəmrovotudur (Chelidonium majus). Bitkinin latınca adının tərcüməsi qaranquş otu deməkdir. Bu adı ona yunanlar vermişlər: onlar fikir vermişlər ki, dəmrovotu bitkisi qaranquşların gəlməsi ilə çiçəkləyir, uçub getmələrilə isə solur. Bitki əsasən Avropa və Aralıq dənizi ərazisində bitir. Dəmrovotu 1672-ci ildə Amerikaya kolonizatorlar vasitəsilə dəri xəstəliklərinin müalicəsində istifadə edilən dərman bitkisi kimi gətirilmişdir. Rusiyada bitkini bir çox sahələrdə ağır xəstəliklərin (hətta onkoloji) müalicəsində istifadə edildiyinə görə "rus jenşeni" də adlandırırlar.
Böyük dəmrovotu
Böyük dəmrovotu (lat. Chelidonium majus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəmrovotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökləri mil və qol-budaqlı olub, xaricdən qırmızı-qonur, daxili hissəsi isə sarı rənglidir. Gövdəsi 1m-ə qədər, düzqalxan, yuxarıdan budaqlanan, çılpaq, düyünlü və ya tükcüklüdür. Yarpaqları növbəli, yuxarı hissədən göyümtül, oturaq və lələkvari bölünmüş, aşağı hissəsi isə saplaqlıdır. Yarpaq seqmentləri dairəvi yumurtaşəkilli və ya dairəvi-dişciklidir. Çiçək ləçəkləri dörd açıq-sarı, düzgün, uzunluğu 5-10 sm, sadə çətirdən ibarət olmaqla, saplaqlıdır. Kasacığı 2 kasayarpağından ibarət, qınlı, təkyuvalı qutucuqdan ibarət olub, açılan qapayıcı qapağı vardır. Bitkinin bütün hissələrı tünd-sarı rəngli olub, içərisi təbii şirədən ibarətdir.

Digər lüğətlərdə