1. tar. Dərəbəyinin hal və vəziyyəti.
// Feodallıq, feodalizm. Dərəbəylik dövrü. Dərəbəylik dövrünün qalıqları.
2. məc. Hərki-hərkilik, özbaşınalıq.
Ölkə dərəbəylik, – deyə xan-xanmı sanırsan? Axmaq kişi, insanlığı asanmı sanırsan?
Bilmirik ki, heç bu nə dərəbəylikdir?
[Zeynal:] …Amma səndən olsa, dünya qarışar, dərəbəylik olar.