1. Uçuq, sökük; uçulmuş, sökülmüş; xaraba halına gəlmiş.
[Tərlan] əvvəlcə məktəbin geniş həyətinə, sonra da dağınıq kənd evlərinə baxdı.
Dağınıq və uçuq evləri görərkən … yolçunun ürəyi sıxıldı.
2. Nizamsız halda tökülmüş, pərişan (saç və s. haqqında).
Fəridə saçları dağınıq (z.) halda içəridən yüyürüb eyvana çıxır.
Elə bil baharıma qar yağdırır bu baxış; Dağınıq saçlarını küləklərmi daramış?!
3. Yığcam olmayan, qeyri-müəyyən, rabitəsiz, aydın olmayan, yayğın, uzun.
[Dəli Səməd] başlardı öz-özünə dağınıq sözlər söyləməyə və söylədikcə də gah gülüb, gah da hirslənib qaşqabağını turşudardı.
Qocanın fikri dağınıqdır.