DALĞALANDIRMAQ

f.
1. Dalğalı hala salmaq, dalğa kimi tərpətmək, ləpələndirmək. Suyu dalğalandırmaq. Dənizi dalğalandırmaq.
– Vıyıldayan şiddətli külək pambıq kollarını dalğalandırırdı… M.Hüseyn.

// Yelləndirmək, tərpətmək. Külək bayraqları dalğalandırır.
2. məc. Həyəcana gətirmək, hərəkətə gətirmək.
İnqilab kütlələri dalğalandırdığı bir gündə, çay yenə də sükutunu pozmayır… M.S.Ordubadi.
Qoca əxinin sinəsi isə sanki bir bulaqdı; o daima qaynayır, o daima şirin xəyalını dalğalandırır. Ə.Məmmədxanlı.

DALĞALANDIRMA
DALĞALANMA

Digər lüğətlərdə