DAMAQ₂

is. [ ər. dimaq – beyin] dan. Kef, əhval, həvəs. Damağı yoxdur.
◊ Damağı çağ – bax damağı kök.
Əhmədin kefi saz, damağı çağdır. Mir Cəlal.
Dedim: – Cütçü baba, sağ ol, çox sağ ol! Daima kefi kök, damağı çağ ol! S.Vurğun.
Yamaclar gülür bu yaz; Damağın çağ, kefin saz. O.Sarıvəlli.

Damağı çağ olmaq – kefi kök olmaq, çox şad olmaq.
Damağı çatlamaq – nəşəyə gəlmək, ruhlanmaq, ruhu yüksəlmək.
Damağı çəkmək – ürəyi istəmək, kefi istəmək, kefinə gəlmək.
Bu gün damağım çəkdi, aldım, sabah kefim istədi, boşadım, – vəssalam! C.Məmmədquluzadə.

Damağı gəlmək – həvəsə gəlmək, həvəslənmək.
Siz bunu sanmayın həqiqətdir; Damağım gəldi, bir zərafətdir. M.Ə.Sabir.

Damağı kök – kefi kök, kefi saz, şad, qayğısız.
Damağı qalxmaq – kefi kök olmaq, nəşələnmək, sevinmək, həvəsə gəlmək.
Damağı pozulmaq – kefi xarab olmaq, əhvalı pozulmaq, qanı qaralmaq.
Damağı sazlaşmaq – kefi açılmaq, könlü açılmaq.
[Onun] bulud kimi tutulmuş qaşqabağı açıldı, gözləri gülüb damağı sazlaşdı. Kirpi”.

Damağı yanmaq – arzusuna çatmamaq, məyus olmaq.
Damağına dəymək – toxunmaq, ürəyini sındırmaq, küsdürmək, pərt etmək, incik salmaq.
Damağını pozmaq – kefini xarab etmək, əhvalını pozmaq.
Damağını sallamaq – küsmək, pərt olmaq, narazı qalmaq.
Bütün qonaqlar damaqlarını salladılar. Ə.Vəliyev.

Damaq qoymaq (etmək) – nəşəsini pozmaq, arzusunu (həsrətini) ürəyində qoymaq.
Qovurmanın iyi Yəhya Kamalı damaq etmişdi. Mir Cəlal.

Damaq sallamaq – bikef olmaq, əhvalı olmamaq, dilxor olmaq; küsmək, incimək.
Damağını niyə sallayırsan? Barmağından üzüyünü, başından yaylığını aparmayıb ki?! S.Rəhimov.

Damaq üstə (damaqda) olmaq – kefdə olmaq, kef çəkmək, xoş güzəran keçirmək.
[Şahbaz bəy:] Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol. S.S.Axundov.
[Səkinə qarı:] Həmişə damaqda olasan, ay Züleyxa! M.İbrahimov.

Damaq vermək – ləzzət vermək, nəşə vermək, kef vermək, nəşələndirmək.
Damaqdan düşmək – ruhdan düşmək, kefi pozulmaq, pərt olmaq.
Damaqdan salmaq – pərt etmək, kefini pozmaq, ruhdan salmaq, qanını qaraltmaq.
[Qərib:] Mən gedirdim, dostum çıxdı qabaqdan; Acı sözün salmaz məni damaqdan. Aşıq Qərib”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAMAQ kef — əhval — həvəs
  • DAMAQ damaq bax kef 1

Omonimlər

  • DAMAQ DAMAQ I is. anat. Ağız boşluğunda olan üzvlərdən biri. O, gümüş dəstəkli qəlyanını doldurub damağına alandan sonra gözünü qıyıb xeyli müddət bu heykəl

Etimologiya

  • DAMAQ Ərəbcədir, bizdə qanraq sözü olub. “Kef” (damağım çağdır!), “beyin” anla­m­larında işlədilən söz olub
DAMAQ₁
DAMAQARXASI
OBASTAN VİKİ
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir. Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Damaq sümüyü

Digər lüğətlərdə