1. Çoxlu damarı olan. Damarlı ət.
2. Xəstəlik, arıqlıq, qocalıq və s. nəticəsində dərisinin üstündə damarları görünən.
Əmiraslan baba damarlı əlini qar kimi ağappaq saqqalına çəkir, uzun bığlarını tumarlayırdı.
3. məc. dan. Namuslu, qeyrətli, iradəli, sözünün üstündə duran.
Övladları qeyrətlidir, damarlı; Şücaətli, hünərli, etibarlı.
[Lütfəli bəy:] …Yəni bu mənim xoşuma gəlir, çünki bu gün-sabah bu mənim arvadım olacaq, hələ mənə də belə damarlı, namuslu arvad gərək.
…Ürəyində öz-özünə [dedi:] – Yox, balam, deyəsən, bu, damarlı adam olacaq!