DARTIŞDIRMAQ

f.
1. Hərə bir yana dartmaq, tutub, yapışıb çəkmək, hər tərəfdən dartmaq, çəkişdirmək.
Kəndin bir sürü itləri tökülüb üstümə, başladılar məni dartışdırmağa. Ə.Haqverdiyev.

// Dartmaq.
Şəhərin günbatan tərəfindən yerin bağrını yarmış çay qoz ağaclarının qarımış köklərini dartışdırdı. S.Rəhimov.

2. məc. dan. Sorğu-suala tutmaq, çəkişdirmək.
…Bilirəm, arvadın qohum-əqrəbası başıma yığılıb necə dartışdıracaqlar?! Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DARTIŞDIRMAQ çəkişdirmək — didişdirmək
DARTIŞDIRMA
DARTIŞMA

Digər lüğətlərdə