DEYİŞMƏK

qarş.
1. Bir-biri ilə mübahisə etmək, bir-biri ilə sözləşmək, höcətləşmək, söyüşmək.
Onlar hər necə yarızarafat, yarıciddi deyişsələr də, əl-ələ verdilər, qabqacağı birlikdə yuyub-yığışdırdılar. S.Rəhimov.
Atlılar kimin barəsində isə deyişirdilər. Mir Cəlal.

2. folk. Şeirlə yarışmaq. Aşıqlar deyişirlər.
– …Meyxanaçılar meyxana deyişərlər, bəzən də aşıq gətirdib nağıl danışdırarlar. R.Əfəndiyev.
Deyişəndə Hafizə vermir macal; Mən Valehəm ona qürrə, sən nəsən? Aşıq Valeh.
Çox deyildir, bir az bundan irəli; Mirzəcanla deyişmişdir bir Pəri. Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DEYİŞMƏK deyişmək bax şeirləşmək
  • DEYİŞMƏK sözləşmək — dalaşmaq — söyüşmək — höcətləşmək

Antonimlər (əks mənalı sözlər)

  • DEYİŞMƏK DEYİŞMƏK – BARIŞMAQ Atlılar kimin barəsində isə deyişirdilər (Mir Cəlal); Xosrov deyirdi ki, gəlsin barışaq; Qan kimi qaynayıb biz də qarışaq (S
DEYİŞMƏ
DEYR

Digər lüğətlərdə