1. Didik hala gəlmək, didikdidik olmaq, lif-lif, tel-tel ayrılmaq, dağılmaq, yıpranmaq. Paltarı didilmək.
– Didilməkdən çuxamda da bir sağ tikə qalmamışdı.
Döşəklərin yunu çırpılır, didilir və təzədən salınır.
2. Zülmə, işgəncəyə, məhrumiyyətə məruz qalmaq.
Vaxtilə fanatizm pəncəsində didilən insanların həyatı artıq təzələnməkdə idi.
// məc. Mənəvi əzab və iztirab çəkmək, parça-parça olmaq; xırpalanmaq.
Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı.
[Gülnaz] ananın nələr çəkdiyini, qəlbinin parça-parça didilib dağıldığını bilmədi…