DİLSİZ-AĞIZSIZ

bax dilsiz 2-ci mənada.
…Dilsiz-ağızsız, fəqir və yazıq anaların südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsil əmələ gələcəkdir. F.Köçərli.
Hər kəs [Ənisəni] dilsiz-ağızsız, bacarıqsız bir talibə zənn edirdi. S.Hüseyn.

// İs. mənasında.
Belə hərc-mərclikdə onun kimi dilsiz-ağızsızlar tələfə gedə bilərlər. S.S.Axundov.

// zərf Səssizcə, dinmədən, danışmadan, susaraq.
Lal Hüseyn yenə dilsiz-ağızsız oturub kirpik çalmadan baxırdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLSİZ-AĞIZSIZ dilsiz-ağızsız bax yazıq 1
DİLSİZ
DİLSİZLİK

Digər lüğətlərdə