Dilsuz Musayev
Dilsuz Musa oğlu Musayev (10 fevral 1948, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan Yazıçılar və jurnanilstlər Birliyinin üzvü və “Azərbaycan ekologiyası” qəzetinin baş redaktoru
== Həyatı ==
1948-ci il fevral ayının 10-da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbinin 11-ci sinfini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki BSU-nu) bitirib. Təyinatla Tərtər (Mirbəşir) rayonuna göndərilmiş 1973-1979 illərdə həmin rayonun Hacıqərvənd (Kolanlı) kəndində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1980- 84-cü illərdə Bakı şəhərində 5 saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə çalışıb. 1985-ci ildə Respublika “Bilik” cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri təyin olunub. 1986—89 cu ullərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif vəzifələrdə işləyib. 1987-ci ildə dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə Bolqarıstan Xalq respubilkasına gedən nümayəndə heyətinin rəhbəri olub. 1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində təlimatçı, ümumi şöbə müdiri, komitə sədrinin birinci müavini vəzifəsində çalışıb. 1994-cü il dekabr ayının 23-də keçirilmiş İkinci Ümumrespublika Konfransında komitənin sədri seçilib. Bir çox ölkələrdə, o cümlədən, Finlandiya, Norvec, Polşa, Avstrya, İspaniya, hollandiya, Almaniya ölkələrində ümumdünya dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib.