DIRTY

adj 1. çirkli, çirk, kirli; murdar, natəmiz; ~ hands çirkli əllər; to get ~ çirklənmək; 2. alçaq, əclaf, rəzil, iyrənc; ~ war iyrənc müharibə; ~ trick iyrənc kələk; 3. nalayiq, ədəbsiz, həyasız, yaramaz; to teli ~ stories ədəbsiz lətifələr danışmaq; 4. pis, yağışlı, buludlu, tutqun (hava haq.), tufanlı, boranlı, küləkli; ~ night tufanlı / boranlı gecə; ~ weather yağışlı tutqun hava

DIRT-TRACK
DISABILITY
OBASTAN VİKİ
Dirty Diana
Dirty Diana — Maykl Ceksonun mahnılarından biri.
Dirty Hit
Dirty Hit — 2009-cu ilin dekabrında Böyük Britaniyada Ceymi Oborn, Çak Ueyt, Brayan Smit və İngiltərə yığmasının keçmiş futbolçusu Uqo Ehioqu tərəfindən təsis edilmiş müstəqil musiqi şirkəti. İlk olaraq 2009-cu ildə Londonda yaradılmış olan şirkət böyüyüb və biznesini dünyanın digər yerlərində genişləndirib. 2020-ci ildə Los-Anceles, Sidney və Tokioda ofislər açmışdır.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. == Məzmun == Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn’t Exist