DISCHARGE

discharge1

n 1. tərxis olunma, buraxılma (ordudan); After his discharge from the army, he went to Canada Ordudan tərxis olunduqdan sonra o, Kanadaya getdi; 2. boşaltma, boşaldılma; ~ of a ship gəmini boşaltma; the accidental ~ of a rifle tüfəngin təsadüfən açılması; 3. ifrazat; tökmə, boşaltma, buraxma; ~ of water from a lake suyu göldən buraxma / boşaltma; nazal ~ burundan gələn ifrazat; 4. yerinə yetirmə, ifa etmə; ~ of one’s duties vəzifə borcunu yerinə yetirmə

discharge2

v 1. boşaltmaq; to ~ a ship gəmini boşaltmaq; 2. boşaltmaq (tüfəngi və s.), atəş açmaq, açılmaq; 3. ifraz etmək; püskürmək; tullamaq; buraxmaq, açıb buraxmaq (suyu, tüstünü və s.); tökmək, boşaltmaq; 4. məc. boşaltmaq (ürəyini); yüngülləşdirmək; tökmək; to ~ one’s anger upon smb. acığını bir kəsin üstünə tökmək; 5. (Əsasən məchul növdə işlənir) işdən çıxartmaq, vəzifədən azad etmək; He was discharged from the police force for his illness O, xəstəliyinə görə polis sıralarından azad edildi; 6. buraxmaq; tərxis etmək; to ~ a patient from hospital xəstəni xəstəxanadan buraxmaq; to ~ a soldier əsgəri tərxis etmək

DISCERNING
DISCIPLE