1. Gözlənilən ümidi doğruya çıxarmaq; verilən ada, göstərilən etibara və s.-yə layiq olduğunu göstərmək, sübut etmək, gerçəkləşdirmək. Göstərilən etimadı doğrultmaq.
// Bəraət qazandırmaq.
Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi.
Maya haqqındakı ehkam Pərşanı bərk tutmuşdu. Onu qızların nəzərində doğrultmaq istəyirdi.
2. Belini dikəltmək, düz saxlamaq, düz qaldırmaq (çox vaxt “özünü” sözü ilə).
Kərim baba özünü bir də doğruldaraq: – Mənim atam da gözəl ovçu idi, – dedi.
Səfər kişi cəld ayağa qalxdı, özünü doğrultdu.
3. Nişan almaq, tuşlamaq.
Bir daşa söykənib tüfəngimi doğrultdum.
// Yönəltmək. Arabanı yola doğrultmaq.
4. Əvəzini çıxartmaq (çox vaxt “özünü” sözü ilə). Qoyulan xərc özünü doğrultdu.