DONANMA

is.
1. Ölkənin, yaxud ayrıca bir dənizin, çay hövzəsinin hərb və ya ticarət gəmilərinin hamısı; flot. Hərbi dəniz donanması. Qara dəniz donanması. Ticarət donanması.
2. Böyük hərb gəmiləri dəstəsi.
◊ Hava donanması – təyyarələrin, uçucu aparatların məcmusu.
DON KİXÓT
DONANMAÇI
OBASTAN VİKİ
Hərbi Donanma Günü
Hərbi Donanma Günü — hər təqvim ilinin 5 avqust tarixində Azərbaycan Respublikasında qeyd olunan peşə bayramı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi dəniz donanması da yaradıldı. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi dəniz donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu, lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya Silahlı qüvvələrinin ("Könüllü ordu" da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı qüvvələrin hərbi dəniz donanmasının vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan Xəzər hərbi-dəniz donanmasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur. Bu əsassız nota Azərbaycan Dövlət Müdafiə Komitəsində müzakirə edildi. Cənubi Rusiya Silahlı qüvvələri baş komandanlığına göndərilən cavab notasında bildirilirdi ki, Xəzərdə donanma saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycanın limanları və ticarət gəmiləri vardır.
Oliva donanma müharibəsi
Oliva donanma müharibəsi — Polşa-İsveç müharibəsi zamanı 28 noyabr 1627-ci ildə Oliva kəndinin yaxınlığında Qdansk limanının şimalında baş vermişdi. Bu Polşa kral donanmasının ən böyük dəniz döyüşü idi və kiçik İsveç donanmasının məğlubiyyəti ilə nəticələndi.
Sovet İttifaqı Donanma Admiralı
Sovet İttifaqı Donanma Admiralı — SSRİ hərbi dəniz donanmasında ən yüksək hərbi rütbə. SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 mart 1955-ci il tarixli qərarı ilə təsis edilib. Sovet İttifaqı Marşalı hərbi rütbəsinə uyğundur.
Donanma
Hərbi dəniz qüvvələri, həmçinin donanma və ya flot — hərbi əməliyyatların okean və dəniz teatrlarında strateji və əməliyyat vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş silahlı qüvvələr növü. Hərbi dəniz qüvvələri həm müstəqil əməliyyatlar keçirməklə, həm də silahlı qüvvələrin digər qolları ilə birgə səylərlə öz problemlərini həll edir. == Tarixi == Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir.
Donanma Cəmiyyəti
Donanma Cəmiyyəti gerçək adı ilə Donanma-yı osmani Muavenet-i Milliyə Cəmiyyəti — 19 iyul 1909-cu ilda Yağcızade Şefik bəy adında bir tacirin liderliyində qurulan, xalqdan və vətəndaş təşkilatlardan maddi yardım əldə edib Osmanlı Donanmasını gücləndirməyi qarşısına məqsəd qoyan bir təşkilatdır.
Donanma gəmisi
Donanma daşıyıcısı və ya donanma gəmisi bir ölkənin donanmasının əsas donanması ilə işləməsi üçün nəzərdə tutulmuş təyyarə daşıyıcısıdır. Bu termin, İkinci Dünya müharibəsi zamanı donanma gəmisini müşayiət gəmilərindən və digər daha az qabiliyyəti olan gəmilərdən fərqləndirmək üçün hazırlanmışdır. Bir çox orta ölçülü daşıyıcılardan əlavə, super daşıyıcılar və bəzi yüngül daşıyıcılar da donanma daşıyıcıları kimi təsnif edilirlər. == İkinci Dünya Müharibəsindəki donanma gəmilərinin müqayisəsi == Aşağıdakılar tam siyahı deyildir, lakin İkinci Dünya Müharibəsi zamanı aktiv olan donanma gəmilərinin üç növündən bəzi nümunələr müqayisə edilərək əlaqə təqdim edilmişdir.
Donanma Hava Qolu
Donanma Hava Qolu (İngilis dili: Fleet Air Arm (FAA)) - Kral Dəniz Qüvvələrinin aviasiya qoludur. 13 aprel 1912-ci ildə Krallıq Donanmasının Hava Xidməti adı ilə quruldu və 1937-ci ildə müasir adı ilə dəyişdirildi.
"Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı
"Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 22 fevral 1948-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası
25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası, (Niderlandca: Allegorie op de overwinning van de Hollandse op de Spaanse vloot bij Gibraltar) — Niderland rəssamı Adam Villarts tərəfindən 1615-ci ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 38.4 sm × 55.9 sm ölçülərində çəkilmişdir. Rəsm əsəri 1615 və 1630-cu illər aralarında rənglənmişdir. Əsər Utrext şəhərində və Amsterdamda yerləşən Dövlət Muzeyinin Rəsm Kolleksiyasında nümayiş olunmuşdur. == Rəsmin analizi == Rəsm əsərində 1607-ci ilin 25 aprel tarixində baş vermiş Cəbəllütariq döyüşü zamanı hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası və Səksənillik müharibə öz əksini tapmışdır. Rəsm əsərində taxta uğrunda mübarizə aparan vəkilləri və onların motivləri əsasında Hollandiya və İspaniya vuruşmasını görə bilərsiniz. İngiltərə və Venesiya əhalisi isə onlara itaət edir. Rəsmin fonunda Qayaların kənarlarında hərbi dəniz döyüşünü müşahidə edə bilərsiniz.
ABŞ Hərbi Donanması
ABŞ hərbi donanması ABŞ silahlı qüvvələrinin hissəsi. Hazırda 335,000 nəfər xidmətdə və 128,000 nəfər ehtiyatdadır. 280 gəmi və 4 mindən çox təyyarə var. Rütbələri: ensayn (O-1), kiçik leytenant (HDQ) (O-2), leytenant (HDQ) (O-3), kapitan-leytenant (O-4), komandan (O-5), kapitan (O-6), kontr-admirallar (O-7, O-8), vitse-admiral (O-9) və admiral (O-10). Donanma admiralı rütbəsi (O-11) yalnız hərb vaxtında mövcuddur. Donanmasında aviadaşıyıcıların növbəti şərti təsnifi işlədilir: CV — aviadaşıyıcı CVA — zərbə aviadaşıyıcısı CVB — ağır aviadaşıyıcı CVE — mühafizə aviadaşıyıcısı CVL — yüngül aviadaşıyıcı == Tarixi == Amerika hərbi-dəniz donanmasının yaranması təklifi 1775 il oktyabrın 3-də irəli sürülmüşdür. 1776-cı il yanvarın əvvəlində Kontinental donanma əmələ gəldi. 1798-ci ildə üç qüvvətli freqat ("Konstityuşn", "Konstelleyşn" və "Yunayted Steyts") suya enilmişdir. Donanmasının ilk katibi Bencamin Stoddert, ilk başçısı isə Con Barri oldu. 18–19 əsrlər görkəmli Amerika donanmaçıları arasında Stefen Dekatur və Aleksander Koçreyndir.
Almaniya İmperatorluq Donanması
Almaniya İmperatorluq Donanması və ya sadəcə İmperatorluq Donanması (alm. Kaiserliche Marine‎) — Almaniya İmperiyasının formalaması ilə yaranan Almaniya silahlı qüvvələrinin xüsusi qoşun növü. Almaniya İmperatorluq Donanması 1871-ci və 1919-cu illər arasında mövcud olmuşdur və Prussiya donanmasından (1867-ci ildən bəri Şimali Almaniya Federal Donanması) ayrı olaraq böyüyürdü. İmperator II Vilhelm, Almaniya İmperatorluq Donanmasını genişlədərək, Almaniya İmperiyası və Britaniya İmperiyası arasında dənizdə bir silahlandırma yarışına səbəb oldu. Belə davam edərək, Almaniya İmperatorluq Donanması, II Vilhelm dövründə, dünyanın ən böyük donanmalarından biri olmaya davam etdi və Britaniya Krallıq Donanmasının ardından dünyanın ikinci ən böyük donanması olmuşdur. == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması == Birinci Dünya Müharibəsinin əvvəllərində Almaniya İmperatorluq Donanmasının 22 drednout əvvəli döyüş gəmisi, 19 drednout döyüş gəmisi və 7 döyüş kreyseri var idi. Admiral Alfred von Tirpitz dəniz qüvvələrinin komandiri olmuşdu. Donanmanın ən mühüm döyüşçüləri Açıq Dəniz Flotu və U-Qayıq flotu idi. Kiçik donanmalar Almaniyanın xarici torpaqlarına yerləşdirilib və bu gün Çində yerləşən Sindao şəhərində Almaniyanın Şərqi Asiya Flotuna göndərilmişdi. == İstinadlar == == Xarici keçidlər == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması Almaniya Donanma Tarixi Almaniya İmperatorluq Donanması 1914 Arxivləşdirilib 2009-01-30 at the Wayback Machine Almaniya İmperatorluq Donanmasının Yayılması 1914 Birinci Dünya Müharibəsində U-boat müharibəsi Hoch Deutschlands Flotte!
Altıncı donanmaya qarşı etiraz aksiyaları (Türkiyə)
Türkiyədə altıncı donanmaya qarşı etiraz aksiyaları – İstanbul səfəri zamanı ABŞ-nin VI Donanmasındakı əsgərlərinə qarşı edilən hərəkətlərin ümumi adıdır. 1967–1969-cu illər arasında Bəyoğluda amerikalı əsgərlərin papaqlarını götürmək, üzərinə qırmızı boya atmaq, formalarını ülgüclə doğramaq və ya küncə sıxışdırıb döyməklə başlayan anti-imperialist hərəkətlər, əsgərlərin dənizə atılmasına qədər davam etmişdir. Kipr problemində ABŞ-nin mövqeyi, Vyetnam müharibəsi, ABŞ-nin Yaxın Şərqdə israilyönlü mövqeyi və Ərəb-İsrail müharibələri, ABŞ əsgərləri üçün fahişəxanaların rənglənməsi 1960-cı illərin gənclərini ABŞ əleyhinə mövqe tutmağa vadar etmişdir. ABŞ-nin Aralıq dənizindəki gücü olan VI Donanma gənclərin aksiyalarının hədəflərindən birinə çevrilmişdir. Bu nümayişlər 1967-ci ilin iyununda İstanbulda başlanmış və zaman-zaman təkrarlanmışdır. Bunlara cavab olaraq Mehmet Şevket Eygi kimi yazıçıların təhriki, Kommunizmlə Mübarizə Dərnəyi və Milli Türk Tələbələr Birliyinin rəhbərliyi altında 1969-cu il fevralın 16-da "Qanlı bazar günü" kimi tanınan hücum baş vermişdir. Tarixçi Feroz Əhməd bu hadisə zamanı sağçı təşkilatlardan danışarkən onları "mütəşəkkil faşist zorakılığının nümunəsi" kimi təsvir etmişdir.
Azov donanması
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Azov hərbi donanması
Azov hərbi donanması (rus. Азовская военная флотилия/Азовская военно-морская флотилия) — Çar Rusiyası, Rusiyada vətəndaş müharibəsi, sonradan isə SSRİ-nin Azov dənizində əməliyyatlar üçün nəzərdə tutulmuş donanmasına verilən ad. == Tarixi == === Çar Rusiyası === Rusiya-Osmanlı müharibəsi zamanı çar I Pyotr tərəfindən Azov donanması yaradılmışdır. Bu donanma rus nizami hərbi donanmasının əsasını qoymuşdur. === Vətəndaş müharibəsi === Azov hərbi donanması 1920-ci ilin martında Rusiyada vətəndaş müharibəsi zamanı yenidən yaradılmışdır. Ağqvardiyaçı və müdaxiləçilərə qarşı vuruşmuşdur. Pyotr Vrangelin qoşunlarının məğlub edilməsində mühüm rolu olmuşdur. 1921-ci ildə ləğv edilmmişdir. === İkinci Dünya müharibəsi === Azov hərbi donanması 1941-ci ildə yenidən təşkil olunmuşdur. İkinci Dünya müharibəsi zamanı 1941-1942-ci illərdə baş tutmuş Kerç-Feodosiya desant əməliyyatında, 1943-cü ilin avqust-sentyabr aylarında baş tutmuş Cənub cəbhəsinin hücum əməliyyatında, 1943-cü ilin oktyabrında baş tutmuş Kerç-Eltigen desant əməliyyatında və s.
Böyük Britaniya Kral Hərbi Dəniz Donanması
Krallıq donanması (ing. Royal Navy) — Böyük Britaniyada hərbi təşkilatlanmanın dənizçilik qoludur. Vəzifəsi dənizlərdə beynəlxalq təhlükəsizliyi, ticarəti qorumaq, beynəlxalq müqavilələrə əməl etməkdir.
Dəniz Nəqliyyatı Donanması
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür. Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir. == Xarici keçidlər == Təbriz Yadigarov. Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı. Bakı, 2018.
Krallıq donanması
Krallıq donanması (ing. Royal Navy) — Böyük Britaniyada hərbi təşkilatlanmanın dənizçilik qoludur. Vəzifəsi dənizlərdə beynəlxalq təhlükəsizliyi, ticarəti qorumaq, beynəlxalq müqavilələrə əməl etməkdir.
Osmanlı Donanması
Osmanlı Donanması ya da köhnə adı ilə Donanma-yı Hümâyûn — Osmanlı dövlətinin dəniz qüvvələri. XIV əsrdə yaradılıb. Osmanlı dövləti 1323-cü ildə Qaramürsəli fəth edərək dənizə çatıb. Qaramürsəl bəyin rəhbərliyində ilk donanma yaradıldı və Kocaelidə baş verən döyüşlərdə dənizdən dəstək təmin edildi. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı. Osmanlı donanmasında iyerarxiya sistemə keçildi. İlk dərya bəyi (donanma komandiri), Qaramürsəl bəy oldu. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı. Bundan sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq da İstanbul oldu.
Osmanlı donanmasının Açe səfəri
Osmanlı donanmasının Açe səfəri və Osmanlı donanmasının Açeyə yürüşü — 1566-1567-ci illərdə Osmanlı imperiyası ilə Açe sultanlığı arasında əlaqələrin qurulması məqsədilə göndərilmiş Osmanlı dəniz ekspedisiyası. 1560-cı illərin ilk yarısında Açe sultanı Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi. O, Sultan Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi. Osmanlılar Portuqaliyalılara qarşı mübarizədə Açeyə kömək etməyə razılaşdılar. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi. Osmanlı dəniz missiyası potuqallarla mübarizə aparan açelilərə odlu silah yardımı gətirmişdilər. Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar. Açe Sultanlığı ilə Osmanlı İmperiyası arasında qeyri-rəsmi əlaqələr 1530-cu illərdən mövcud olmuşdur. Bu əlaqələr Sultan Ələddin dövründən başlamışdır. Belə ki, Bu zaman Açedə hakimiyyətə gələn Sultan Ələddin Riyat-şah əl-Kahar həm Sumatradaki öz gücünü gücləndirmək, həm də Portuqalları Malakkadan qovmaq üçün bu əlaqələri genişləndirmək niyyətində idi.
Səfəvi hərbi donanması
Səfəvi hərbi donanması — 1734-cü ildə Şah III Abbas dönəmində Baş vəzir Nadir xan Əfşar tərəfindən ilk dəfə daimi saxlanılması üçün yaradılmışdır. İlk nizami hərbi qüvvələrin bayrağında qırmızı rəngli "Zülfüqar qılıncı" öz əksini tapmışdır. Səfəvi hərbi donanması şimal və cənub olmaqla iki filoya ayrılmış idi. Rusiya imperiyası tərəfindən təhlükə hesab edilən şimal filosu Xəzər dənizində əsaslı fəaliyyət göstərirdi. Baş qərargahı Buşehrdə olan cənub filosu, Fars körfəzində və Oman dənizində varlığını qorumuş, daha sonra "Trusial" adlanan sahillərdə yerləşən Pirat və aralarında Oman İmamətinin də olduğu Ərəbistan əmirliklərinə qarşı təsirli bir şəkildə mübarizə aparmışdır. Səfəvi hərbi donanması ara-sıra Hollandiya və İngilislərlə əməkdaşlıq etmişdir. 1621-ci il dekabrın 26-da Şah I Abbasın İngilislərin Ost-Hind şirkəti (Böyük Britaniya) ilə hərbi ittifaq bağlaması nəticəsində ingilis hərbi dəniz qüvvələrinin dəstəyi ilə Fars bəylərbəyi İmamqulu xan Undilazdenin rəhbərliyində 3000 nəfərdən ibarət Qızılbaş quru qoşunu bir əsrdən çox Portuqaliya işğalında qalan Hörmüz limanını 1622-ci ildə geri qaytarmağa nail olmuşdu. Hələ o zaman Səfəvi dövləti üçün milli nizami hərbi dəniz qüvvələrinin yaradılması zərurəti yaranmışdı. Lakin müntəzəm müharibələr, habelə Şah I Abbasın ölümü (1629) bu zərurətin həyata keçirilməsini xeyli yubatdı. 1669-cu ilin iyul ayında Xəzər dənizində – Səngi Muğan adasında Stepan Razinin kazakları ilə Səfəvi donanma komandanı Məhəmməd xan Astrabadlının rəhbərliyində 7000 nəfər Qızılbaşdan ibarət (aralarında muzdlu Qumuq və Kabardinlərdən də olduğu) Səfəvi donanması arasında baş verən dəniz savaşının Qızılbaşlar üçün Engelbert Kempferə görə, 1200 nəfər canlı və 30 ədəd kolaz itkisi ilə uğursuz nəticələnməsi nizami hərbi dəniz qüvvələrinin yaradılması məsələsini bir daha gündəmə gətirmiş oldu.
Türk dəniz donanmasının tarixi
Türk hərbi-dəniz qüvvələri - tarixən orta əsrlər dövründən bəri Aralıq dənizində, Qara dənizdə, Qırmızı dənizdə, Fars körfəzində, Hind okeanında və Atlantik okeanında ən böyük dəniz qüvvələrindən biri olmuşdur. Osmanlı Donanması, admiral Turqut Rəis, Tim Uilloks tərəfindən yazılmış Din romanı Osmanlı Donanması və admiral Kamal Rəis Sultan Sükançısı romanında əsas qəhrəmanlardan biri.
Xəzər Dəniz Neft Donanması
Xəzər Dəniz Neft Donanması — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxil olan qurum. Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi, onların istismar dövründə təmiri, neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması kimi işləri yerinə yetirir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq onların vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür, dəniz dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı ilə əlaqədar digər xidmətlər göstərir. Xəzər Dəniz Neft Donanmasının tərkibinə ixtisaslaşdırılmış gəmilər, gəmi təmiri emalatxanaları, yanğından mühafizə balonlarının və gəmi xilasetmə vasitələrinin təmiri, karvan növbə xidməti, qalıqların qəbulu, işlənməsi və təhvili sahələri daxildir. SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli "Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında" sərəncamı ilə "Azneft" birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə Üzən Vasitələr idarəsi yaradıldı. Xəzər Dəniz Neft Donanmasının inkişafı yolu da məhz bu tarixdən başlanır. Həmin dövrdə "Artyomneft" və "Stalinneft" dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçilirdi. Bunlar əsas etibarilə "Transportnik", "Qəbələ", "BMK-90" tipli kiçik həcmli katerlər, buxar yedəkləri, "Gürganı" və "İliç Buxtası" özü hərəkət etməyən 20 tonluq üzən kranlar, taxta kərəçilər və özü hərəkət etməyən barjalar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə Üzən Vasitələr idarəsi "Xəzərdənizneftdonanma" idarəsinə çevrildi.
Xəzər donanması (film, 1959)
Xəzər dənizi donanması
Xəzər Dənizi Flotiliyası (rus. Каспийская флотилия) — Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanmasıdır. Rusiyada ən qədim flotiliyadır. Xəzər flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskidir. Xəzər flotiliyası 1722-ci ildə, imperator Pyotrun əmri ilə yaradılıb. 1945-ci ildə "Qırmızı bayraq" ordeninə layiq görülüb. Xəzərdə ən böyük qüvvə Rusiya hərb-dəniz donanmasının Xəzər flotiliyasıdır. 1722-ci ilin noyabrında Pyotrun əmri ilə Həştərxan şəhərində yaradılıb. Admiral Fyodor Apraksin rəhbərliyi altında Rus-Fars müharibəsində iştirak edib, 1796-cı ildə rus ordusunun Dərbənd və Bakını tutmasına kömək edib. 1813-cü il Gülüstan sülhünə əsasən, Xəzər Flotiliyası Xəzər dənizində yeganə hərbi flotiliya olmalı idi.
Xəzər hərbi donanması
Xəzər Hərbi Donanması — Rusiya hərbi-dəniz donanmasının Xəzər dənizindəki hissəsi. I Pyotrun fərmanı ilə 1722-ci ildə yaradılmışdı. 1867-ci ildən əsas bazası Bakı idi. 1917-ci ildə 1,2 min şəxsi heyətdən, 2 kanoner (dənizin sahilyanı bölgələrində döyüş əməliyyatı aparan artilleriya qayığı), 2 xidmət gəmisi, bir neçə nəqliyyyat gəmisindən və katerdon, dəniz aviasiyası məktəbi və sahil xidmətindən ibarət idi. Fevral inqilabından (1917) sonra, martın 4-5 (17-18)-də matros və zabit komitələrinə, Bakı Sovetinə seçkilər keçirilmiş, donanma komandanı devrilmişdi. Xəzər hərbi donanmasında hakimiyyət gəmi komitəsinə keçmişdi. Matroslar martın 8 (21)-də əsgər deputatları sovetinə daxil olmuşdu. O martın 29-da (aprelin 10-da) Bakı qarnizonu hərbi deputatlar sovetində zabitlər soveti ilə birləşmişdi. Mayın 10-da (23-də) isə hərbi deputatlar soveti fəhlə deputatları soveti ilə birləşmişdi. Xəzər hərbi donanmasında rəhbərlik "Sentrokaspi"nin əlinə keçmişdi.
Yaponiya İmperiya donanması
Yaponiya İmperiya donanması (yap. 大日本帝國海軍) — Yaponiya imperiyasının hərbi-dəniz qüvvələri. Bu silahli birləşmələr 1869-cu ildən 1947-ci ilə qədər mövcud olmuşdur. Donanma rəsmən «Birləşmiş donanma» adını almışdır. 1894-cü ildə «Daimi hazırlıq donanması» və «Qərb donanması» birləşirilərək «Birləşmiş donanma» adlandırılmışdır. Boşin müharibəsi: Hakodate körfəz döyüşü Çin–yapon müharibəsi (1894–1895) Bokusçular üsyanı Heyharito Toqo Kamikura Hikonoce Birləşmiş donanmada 6 müasir zirehli eskadra gəmisi və 8 zirehli kreyser, rus donanmasında isə 7 zirehli eskadra gəmisi və 4 zirehli kreyseri iştirak etmişdir Çemulpo döyüşü — yanvar 1904. Yaponiyaya məxsus «Hasuse» və «Yaşima» qəmirilərinin batırılması— may 1904. Sarı dəniz döyüşü — iyul 1904 . Tsusima döyüşü — may 1905 . Yapon donanması ilk dəfə aktiv şəkildə döyüşdə radioəlaqədən istifadə edir.
Əfşar imperiyasının hərbi donanması
Əfşar imperiyasının hərbi donanması — 1734-cü ildən etibarən Nadir xan (1736-cı ildən etibarən şah) dövlətin hərbi donanma sistemini yenidən təşkil etdi. Bu donanma özünün ən yaxşı fəaliyyəti dövrünü Əfşar imperiyasının bölünməsinə qədərki 10 il müddətində yaşadı. Əfşar imperiyasının hərbi donanması əsas təhlükələrdən biri kimi qəbul edilən ruslara qarşı Xəzər dənizində də fəaliyyət göstərirdi. Hərbi donanmanın mərkəzi Buşehrdə yerləşirdi və əsas fəaliyyət sahəsini İran körfəzi, habelə, Oman dənizi təşkil edirdi. Burada əsas mübarizə isə Maskat sultanlığı, Oman imamlığı, sonradan Atəşkəs dövlətləri adlanan ərazilərin sahillərində məskunlaşan quldurlarla, üsyançılarla aparılırdı. Əfşar hərbi donanması tez-tez hollandiyalılar və britaniyalılarla əməkdaşlıq edirdi. Əfşarlara qədər dövlətdə hərbi donanma yaradılması üçün sonuncu cəhd 1718-ci ildə edilmişdi. Bu cəhd də Səfəvi şahının donanma yaratmaqda istəksiz olması səbəbindən baş tutmamışdı. Yaradılmasından sonra keçən 10 il ərzində Əfşar imperiyasının hərbi donanması uğurlu eksponsionist siyasət həyata keçirirdi. Bu donanma Maskatı və İran körfəzindəki bir çox adanı ələ keçirməyi bacarmış, lakin şimalda Osmanlı və Rusiya donanmaları ilə rəqabər aparmaqda uğursuz olmuşdu.
Xəzər donanması (film)
Volqa-Xəzər hərbi donanması
Volqa-Xəzər hərbi donanması – Rusiyada vətəndaş müharibəsi zamanı yaradılmış Qırmızı Ordu hərbi birləşməsi. == Tarixi == 1919-cu il iyulun 21-də Həştərxan-Xəzər və Volqa hərbi flotiliyalarının əsasında Volqa-Xəzər hərbi flotiliyası yaradıldı. Flotiliyaya Fyodor Raskolnikov komandan, Vladimur Kukel isə qərargah rəisi təyin edildi. Flotiliyanın vəzifəsi Qırmızı Ordunun Aşağı Volqa bölgəsindəki bölmələri ilə qarşılıqlı əlaqə, Həştərxanın müdafiəsi, Qafqazda və Zaqafqaziyada döyüşlərdə iştirak etmək idi. == Tərkibi == Avqust ayında flotiliyaya 200-dən çox gəmi daxil idi: 3 köməkçi kreyser 6 esmines 3 torpedo gəmisi 4 sualtı qayıq 38 kanoner qayığı 24 patrul gəmisi 4 təyyarə daşıyan barja 6 ədəd üzən batareya və s. Donanma 3 hissəyə bölünmüşdü: Şimal, Çaritsin ərazisi. Çyornı Yar — Vladimirovka dəmir yolunu əhatə edən Severoastraxanskıy. Xəzər dənizinin şimalında fəaliyyət göstərən və cənubdan Həştərxanı əhatə edən Delta müdafiəsi. Bundan əlavə, flotiliyaya Hava Briqadası da daxil idi. == Döyüşlərdə iştirakı == Donanma Həştərxanın müdafiəsində fəal iştirak etmişdi: Ağ Qvardiyaçıların mövqelərini atəşə tutmuş və qoşunları yerləşdirmişdi.

Digər lüğətlərdə