DONUXMAQ

bax donmaq 4-cü mənada.
Arvad donuxmuş: – A kişi, dəli olmamısan, çörək nədir? De görüm, yoxsa qardaşlarımın başına bir şey gəlib? Çəmənzəminli.
Rəhim bəy təəccüblə donuxdu. M.Hüseyn.

□ Donuxub qalmaq – bax donub qalmaq 1-ci mənada (“donmaq”da).
Elə ki Mələkəxatın gördü, qızlar donuxub qalıblar, dedi: – Nə olub, niyə gəlmirsiniz? (Nağıl).
Rəmziyyə donuxub qalmışdı, anası nə üçün belə edirdi? S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DONUXMAQ 1. DONUXMAQ Rəmziyə donuxub qalmışdı (S.Hüseyn); DİLİ TUTULMAQ Qaraca qızın qorxudan dili tutulub cavab verə bilmədi (S
DONUXMA
DONUQ

Digər lüğətlərdə