DUMANLANMAQ

məch.
1. Dumanla (tüstü ilə) örtülmək (dolmaq); duman basmaq, duman bürümək. Hava dumanlandı.
– Toz ərşə dayandı, göy dumanlandı. Ə.Cavad.

// Duman qalxmaq, tüstü çıxmaq.
Bu sadə tonqalın yaşıl tüstüsü; Gecənin qoynunda dumanlanırdı. S.Vurğun.

// Nazik bir təbəqə ilə örtülmək, şəffaflığını itirmək, tutqunlaşmaq, kəsifləşmək. Gözlük dumanlanaraq ətrafı görməyə mane oldu.
2. Bulanmaq, qaralmaq.
// məc. Gözlər haqqında – 1) yaşarmaq, doluxsunmaq, ağlamsınmaq; bərk kədərlənmək.
Qocanın dumanlanan gözləri yaşla doldu. Ə.Məmmədxanlı.
Fəqət [Şamilin] nəfəsini ağır bir şey tıxamış, gözləri dumanlanmışdı. A.Şaiq;

2) qaralmaq, qaranlıq çökmək, aydın görmə qabiliyyətini itirmək (bu mənada adətən “gözü”, “gözləri” sözü ilə).
Gözləri daha da dumanlandı; daha dərin bir xəyalata daldı. C.Cabbarlı.
Firidun [Musa kişinin] işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. M.İbrahimov.

◊ Başı (beyni, şüuru, fikri) dumanlanmaq1) bir anlıq aydın düşünmə qabiliyyətini itirmək;
// özünü itirmək dərəcəsinə gəlmək.
[Midhəd] fikirləşdikcə başı dumanlanır, gicgahları ağrıyırdı. Ə.Vəliyev;

// sərxoşlanmaq, keflənmək.
Qaraşın başı o qədər dumanlanmışdı ki, oturduğu yerdə dayana bilmirdi. M.İbrahimov;

2) bərk kədərlənmək, son dərəcə məyus olmaq.
Anasının ürəkyaxıcı göz yaşından, Güllünün məğrur duruşundan Səfərin başı dumanlandı. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DUMANLANMAQ yaşarmaq — doluxsunmaq — ağlamsınmaq
  • DUMANLANMAQ bulanmaq — qaralma — tutqunlaşmaq — kəsifləşmək

Antonimlər (əks mənalı sözlər)

  • DUMANLANMAQ DUMANLANMAQ – AÇILMAQ Fəqət nəfəsinə ağır bir şey tıxanmış, gözləri dumanlanmışdı (A.Şaiq); Açıldı arzuları; Gözündə çiçək-çiçək (B
DUMANLANMA
DUMANLAŞMA

Digər lüğətlərdə