1. Duru olmaq, duru hala gəlmək, saf və təmiz hala düşmək. Bulanıq suya zəy vurulanda durulur.
– Araz buruldu, getdi; Suyu duruldu, getdi; Mən dedim, yar incidi; Demə yoruldu, getdi. ( ).
Boz səhralar çiçək açır, sular durulur; Dağlar üstə dağlar qoyur insan hünəri.
2. Axıcı hala düşmək, sıyıqlaşmaq. Bəkməz isinəndə durulur. Mum əriyəndə durulur.
3. məc. Aydınlaşmaq, açılmaq. Hava durulur.
– Gecə yarı günəş doğur… zülmət durulur.
Dünənki bərk qardan sonra gün çıxmış, hava durulmuşdu.
4. məc. dan. Açılışmaq, halı yaxşılaşmaq, rəngi açılmaq.
– Gəl əyləş, mey içək, keflər durulsun; Koroğlu çağırır dövrana səni. “ ”.